Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurbanlıq heyvanların dərisini necə ixrac etmək olar - Agentlik detalları açıqladı

© Sputnik / Zulfiyya GuluyevaQurbanlıq heyvanların satıldığı ərazi
Qurbanlıq heyvanların satıldığı ərazi - Sputnik Azərbaycan, 1920, 08.07.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Agentlikdən bildirilib ki, heyvan dərisini ixrac etmək istəyən şirkətlər AQTA-ya müraciət etməlidirlər
BAKI, 8 iyul — Sputnik. Qurban bayramı günlərində kəsilən malların dəriləri Avropa bazarlarına ixrac ediləcək.
Bunu Qurban bayramı ilə bağlı görülən işlərə dair brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, sahibkarlar həmin heyvan dərilərini toplayıb baytarlıq ekspertizasından keçirməklə ixrac edə bilərlər:

"AQTA ilə Avropa İttifaqının müvafiq qurumu arasında aparılan uzunmüddətli danışıqlar, rəsmi yazışmalar nəticəsində Azərbaycandan heyvan dərisinin Aİ-yə ixracına icazə verilib".

"Heyvan dərisini ixrac etmək istəyən şirkətlər varsa, əvvəlcədən AQTA-ya müraciət etsinlər, dövlət qeydiyyatına düşsünlər. Biz bu haqda Avropa İttifaqının səlahiyyətli qurumuna müvafiq məlumatları göndərəcəyik", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0