Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qazlaşdırılmayan ərazilərin aqibəti necə olacaq? "Azəriqaz" detalları açıqladı

© Sputnik / Murad OrujovQaz plitəsi
Qaz plitəsi - Sputnik Azərbaycan, 1920, 08.07.2022
Abunə olmaq
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi deyir ki, on səkkiz şəhər və rayonda qazlaşma səviyyəsi 100%-ə çatıb.
BAKI, 8 iyul — Sputnik. Ölkənin qaz təminatının yaxşılaşdırılması və təbii qazla təmin olunmayan ərazilərin qazlaşdırılması məqsədilə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində son 10 ildə "Azəriqaz" İB tərəfindən genişmiqyaslı layihələr həyata keçirilib. Son 12 ildə respublikanın müxtəlif bölgələrində 55,4 min km yeni qaz kəmərləri çəkilib, 11,5 min km uzunluğunda mövcud qaz xətəri isə tamamilə yenilənib. Həmin dövrdə təbii qaz almayan 1678 kənd və qəsəbə qazlaşdırılıb. 2010-cu ilin əvvəlində ölkə üzrə qazlaşma səviyyəsi 62,2% olduğu halda hazırda qazlaşma səviyyəsi 96,3% təşkil edir.
Bunu "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq deyib.
© Photo : AzeriGas Production Union"Azəriqaz" İB-nin binası qarşısında lövhə, arxiv şəkli
Azəriqaz İB-nin binası qarşısında lövhə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.07.2022
"Azəriqaz" İB-nin binası qarşısında lövhə, arxiv şəkli
O bildirib ki, Azərbaycan Respublikasında qazlaşma səviyyəsi və qazlaşma sürəti qonşu ölkələrdəki və bir sıra inkişaf etmiş ölkələrdəki göstəricilərdən daha yüksəkdir:

"12 ildə təbii qazla təmin olunan əhali abonentlərinin sayı 1,7 milyon artaraq 2 milyon 428 minə çatıb. Bu tədbirlər hazırda "Azəriqaz" İB-nin daxili maliyyə və işçi resursları hesabına davam etdirilir. 2022-ci ildə regionlarda 44 şəhər və rayonu, Bakı şəhərində 3 rayonu əhatə etməklə 115 kənd və yeni yaşayış massivində paylayıc qaz şəbəkəsinin qurulması nəzərdə tutulmuşdur. Bunlardan proqrama uyğun olaraq 94 kənd və massivdə işlərə başlanılıb".

Qəbul edilən dövlət proqramları çərçivəsində Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən əksər ərazilər qazlaşdırılıb.
Birlik rəsmisi bildirir ki, bununla yanaşı Bakı şəhərində sənaye təyinatlı və qaz-neft mədənləri yerləşən ərazilərdə yaşayış evlərinin tikintisinə icazə verilmədiyinə baxmayaraq, vətəndaşlar tərəfindən yaşayış sahələrinin salınması davam etdirilir, sonradan sakinlər həmin evlərin qazlaşdırılmasını tələb edirlər:
"Bu kateqoriyadan olan ərazilərdə paylayıcı qaz şəbəkəsinin qurulması yalnız torpaqların kateqoriyasının dəyişməsindən sonra mümkün ola bilər. Ötən illərdə aparılan qazlaşma tədbirləri nəticəsində Bakı şəhərində demək olar ki, az sayda massiv şəkilində salınan, qazlaşmayan kompakt massivlər vardır. Lakin hər il yeni salınan və qazlaşmasına icazə verilən ərazilərdə vətəndaşların müraciəti əsasında paylayıcı küçə qaz xətlərinin çəkilməsi işləri planlı davam etdirilir".
E.Vəliyev deyir ki, bu massivlər əsasən Bakı şəhərinin Xəzər, Suraxanı, Sabunçu və Qaradağ rayonlarını əhatə edir.
Onun sözlərinə görə, ötən il olduğu kimi dövlət qayğısı ilə əhatələnən şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial rifahının daha da yüksəldilməsi üçün onların yaşadıqları fərdi yaşayış evlərinin "Azəriqaz" İB-nin daxili imkanları hesabına qazlşadırılması işləri də davam etdirilir:

"Vətən müharibəsində işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsi hazırda Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biridir. İşğaldan azad olunan ərazilərdə "yaşıl enerji" zonası konsepsiyası hazırlanıb. Bu konsepsiyaya uyğun olaraq işğaldan azad olunmuş ərazilərin qaz təchizatı üzrə tədbirlər planı tərtib olunub, plana uyğun olaraq qaz nəqli və qazpaylama şəbəkəsinin qurulması üçün intensiv şəkildə layihələndirmə işlərinə başlanılıb. İşğaldan azad olunmuş ərazilərdə baş plan əsasında müasir yaşayış məskənləri salındıqca digər kommunal xidmətlərlə yanaşı qaz təchizatı şəbəkəsinin qurulması işləri də həyata keçiriləcək".

Təbiidir ki, qazlaşdırılma işlərinin aparılması üçün zaman və müvafiq resurslar tələb olunur.
E.Vəliyev onu da deyir ki, cari ildə qazlaşdırılacaq məntəqələr istisna olmaqla 900-ə yaxın qazlaşmayan kənd var. Qazlaşmayan kəndlərin say çoxluğuna görə Lerik, Yardımlı, Cəlilabad, Astara, İsmayıllı, Qax, Zaqatala, Qəbələ, Quba, Qusar, Şabran, Gədəbəy, Tovuz və Daşkəsən rayonlarını qeyd etmək olar:
© Photo : AzeriGas Production UnionQaz xətti
Qaz xətti - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Qaz xətti
"On səkkiz şəhər və rayonda isə qazlaşdırılmış yaşayış məntəqələrinin sayına görə qazlaşma səviyyəsi 100%-ə çatıb. Növbəti illərdə qeyd olunan rayonlarda qazlaşdırılma işlərinin nisbətən daha da intensivləşdirilməsi planlaşdırılır. Kommunal xidmətlərlə bağlı Strateji Yol Xəritəsinin Tədbirlər planında texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatının həyata keçirilməsi nəzərdə tutulub".
Təhlillərə əsasən qazlaşdırılmayan kəndlərdən 260-nın qazlaşdırlması səmərəsiz kimi qiymətləndirilir. Bu məntəqələrdə alternativ enerji növlərinin tətbiqi daha məqsədəuyğun hesab olunur:
"Ekoloji mühitin qorunması və təbiətə mənfi təsirlətin azaldılması preoritetləri nəzərə almaqla meşəətrafı kəndlərin qazlaşdırılması üçün "Azəriqaz" İstehsalat Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təhlillər aparılıb, uzunmüddətli qazlaşma planı hazırlanıb. Kifayyət qədər maliyyə resursları ayrıldıqda bu planın həyata keçirilməsi reallaşa bilər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0