CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

© Sputnik / Ilham MustafayevQazaxda Qurban bayramı
Qazaxda Qurban bayramı - Sputnik Azərbaycan, 1920, 08.07.2022
Abunə olmaq
Bu il, Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı iyulun 9-u və 10-u qeyd olunacaq.
BAKI, 8 iyul — Sputnik. Fövqəladə Hallar Nazirliyi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Nazirlikdən verilən məlumatda bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı əmr imzalayıb.
Bu əmrə əsasən, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi tapşırılıb.
Bundan başqa, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib. İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq. Beləliklə, iyul ayının 9-dan 12-dək bayramlarla əlaqədar ardıcıl 4 qeyri-iş günü olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0