https://sputnik.az/20220708/mudafie-naziri-xocavendde-komandolarin-telimini-izleyib---vdeo-443848680.html
Müdafiə naziri Xocavənddə komandoların təlimini izləyib - VİDEO
Müdafiə naziri Xocavənddə komandoların təlimini izləyib - VİDEO
Sputnik Azərbaycan
Komandolar dərhal daimi dislokasiya məntəqələrini tərk edərək şərti düşmənlə təmasa girmədən ərazi relyefi nəzərə alınmaqla hakim yüksəklikləri ələ keçirib və... 08.07.2022, Sputnik Azərbaycan
2022-07-08T19:27+0400
2022-07-08T19:27+0400
2022-07-08T19:27+0400
müdafiə nazirliyi
cəmiyyət
zakir həsənov
təlim
https://cdnn1.img.sputnik.az/img/07e6/07/08/443848525_0:0:1000:563_1920x0_80_0_0_dcc072024a8d01c31973194c1e46c1cc.jpg
BAKI, 8 iyul — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 8-də Quru Qoşunlarının Xocavənd rayonundakı Əməliyyat (Komando) bölmələrinin təlim-məşqlərini izləyib.Müdafiə Nazirliyindən verilən xəbərə görə, 2022-ci ilin döyüş hazırlığı planına əsasən çətin relyefli ərazilərdə keçirilən təlimdə komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər.Müdafiə nazirinə təlimin planına uyğun olaraq qəbul edilən qərar barədə məruzə edilib.Qeyd olunub ki, ssenariyə əsasən təxribat törədərək dövlət sərhədi istiqamətindəki yaşayış məntəqəsinə basqın edən şərti düşmənin zərərsizləşdirilməsi üzrə komando bölməsi müvafiq tapşırıq alıb.Komandolar dərhal daimi dislokasiya məntəqələrini tərk edərək şərti düşmənlə təmasa girmədən ərazi relyefi nəzərə alınmaqla hakim yüksəklikləri ələ keçirib və burada möhkəmlənmə fəaliyyətlərini icra ediblər.Əldə olunan kəşfiyyat məlumatına əsasən aşkar edilmiş şərti düşmən mövqeləri pusqu və basqın yolu ilə darmadağın edilib.Müdafiə naziri komandir heyətinin çevik və optimal qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də komandoların dağlıq və meşəlik ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimi yüksək qiymətləndirib və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/08/443848525_75:0:891:612_1920x0_80_0_0_cc8959bff84bbf91613e9a112294fa72.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, zakir həsənov, təlim
müdafiə nazirliyi, zakir həsənov, təlim
Müdafiə naziri Xocavənddə komandoların təlimini izləyib - VİDEO
Komandolar dərhal daimi dislokasiya məntəqələrini tərk edərək şərti düşmənlə təmasa girmədən ərazi relyefi nəzərə alınmaqla hakim yüksəklikləri ələ keçirib və burada möhkəmlənmə fəaliyyətlərini icra ediblər.
BAKI, 8 iyul — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 8-də Quru Qoşunlarının Xocavənd rayonundakı Əməliyyat (Komando) bölmələrinin təlim-məşqlərini izləyib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, 2022-ci ilin döyüş hazırlığı planına əsasən çətin relyefli ərazilərdə keçirilən təlimdə komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər.
Müdafiə nazirinə təlimin planına uyğun olaraq qəbul edilən qərar barədə məruzə edilib.
Qeyd olunub ki, ssenariyə əsasən təxribat törədərək dövlət sərhədi istiqamətindəki yaşayış məntəqəsinə basqın edən şərti düşmənin zərərsizləşdirilməsi üzrə komando bölməsi müvafiq tapşırıq alıb.
Komandolar dərhal daimi dislokasiya məntəqələrini tərk edərək şərti düşmənlə təmasa girmədən ərazi relyefi nəzərə alınmaqla hakim yüksəklikləri ələ keçirib və burada möhkəmlənmə fəaliyyətlərini icra ediblər.
Əldə olunan kəşfiyyat məlumatına əsasən aşkar edilmiş şərti düşmən mövqeləri pusqu və basqın yolu ilə darmadağın edilib.
Müdafiə naziri komandir heyətinin çevik və optimal qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də komandoların dağlıq və meşəlik ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimi yüksək qiymətləndirib və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.