https://sputnik.az/20220708/kecmis-bas-naziri-gulleleyen-cinayeti-niye-toretdiyini-aciqlayib-443825546.html
Keçmiş baş naziri güllələyən cinayəti niyə törətdiyini açıqlayıb
Keçmiş baş naziri güllələyən cinayəti niyə törətdiyini açıqlayıb
Sputnik Azərbaycan
Yaponiya mediasının məlumatına görə, keçmiş Baş nazir Şinzo Abe Nara prefekturasının qərbində küçədə güllələnməsindən sonra həyati əlamətləri olmayan... 08.07.2022, Sputnik Azərbaycan
2022-07-08T11:53+0400
2022-07-08T11:53+0400
2022-07-08T12:27+0400
yaponiya
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/07/08/443824125_0:160:3077:1890_1920x0_80_0_0_bc9ffb957f34e9cabdb37d7c9290a6f2.jpg
BAKI, 8 iyul — Sputnik. Yaponiyanın Nara şəhərində ölkənin sabiq Baş naziri Şinzo Abeyə çıxışı zamanı naməlum şəxs tərəfindən hücum edilib.Bu barədə NHK agentliyi məlumat yayıb.Bildirilib ki, Şinzo Abe ağır yaralanıb. Məlumata görə, hadisə yerində azı iki atəş səsi eşidilib.Vurğulanıb ki, keçmiş baş nazir huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.Xəbərə görə, 68 yaşlı siyasətçiyə hücum edən şəxs saxlanılıb.Yaponiya mediasının məlumatına görə, keçmiş Baş nazir Şinzo Abe Nara prefekturasının qərbində küçədə güllələnməsindən sonra həyati əlamətləri olmayan vəziyyətdə xəstəxanaya çatdırılıb.Polis Yamaqami Tetsuyanı adam öldürməyə təşəbbüsə görə həbs edib. İstintaq mənbələri NHK-ya hadisə yerindən ələ keçirilən silahın əldəqayırma olduğunu bildirib.41 yaşlı şübhəli cinayətin baş verdiyi Nara şəhərində yaşayır. Şübhəlinin 2005-ci ilə qədər Dəniz Özünümüdafiə Qüvvələrində xidmət etdiyi bildirilir. Polis bildirir ki, şübhəli şəxs müstəntiqlərə keçmiş baş nazirin siyasətindən narazı olduğunu və onu öldürmək niyyətində olduğunu deyib.Abenin vəziyyəti ilə bağlı əlavə məlumat yoxdur. Təcili yardım rəsmiləri deyirlər ki, onun heç bir həyati əlaməti yoxdur.Hadisə yerində olan müxbirin verdiyi məlumata görə, Abe çıxışa başlayandan az sonra Yaponiya saatı ilə 11:30 radələrində iki atəş eşidilib. Polis bildirir ki, keçmiş baş nazirin sinəsindən və boynundan güllə yarası aldığı məlumdur.Abe bu həftəsonu Yuxarı Palata seçkilərindəki namizədi dəstəkləmək üçün Naraya gedib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/08/443824125_172:0:2903:2048_1920x0_80_0_0_5b08bc9a5600b470637b8a429dbc1fb6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yaponiya
Keçmiş baş naziri güllələyən cinayəti niyə törətdiyini açıqlayıb
11:53 08.07.2022 (Yenilənib: 12:27 08.07.2022) Yaponiya mediasının məlumatına görə, keçmiş Baş nazir Şinzo Abe Nara prefekturasının qərbində küçədə güllələnməsindən sonra həyati əlamətləri olmayan vəziyyətdə xəstəxanaya çatdırılıb.
BAKI, 8 iyul — Sputnik. Yaponiyanın Nara şəhərində ölkənin sabiq Baş naziri Şinzo Abeyə çıxışı zamanı naməlum şəxs tərəfindən hücum edilib.
Bu barədə NHK agentliyi məlumat yayıb.
Bildirilib ki, Şinzo Abe ağır yaralanıb. Məlumata görə, hadisə yerində azı iki atəş səsi eşidilib.
Vurğulanıb ki, keçmiş baş nazir huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.
Xəbərə görə, 68 yaşlı siyasətçiyə hücum edən şəxs saxlanılıb.
Yaponiya mediasının məlumatına görə, keçmiş Baş nazir Şinzo Abe Nara prefekturasının qərbində küçədə güllələnməsindən sonra həyati əlamətləri olmayan vəziyyətdə xəstəxanaya çatdırılıb.
Polis Yamaqami Tetsuyanı adam öldürməyə təşəbbüsə görə həbs edib. İstintaq mənbələri NHK-ya hadisə yerindən ələ keçirilən silahın əldəqayırma olduğunu bildirib.
41 yaşlı şübhəli cinayətin baş verdiyi Nara şəhərində yaşayır. Şübhəlinin 2005-ci ilə qədər Dəniz Özünümüdafiə Qüvvələrində xidmət etdiyi bildirilir. Polis bildirir ki, şübhəli şəxs müstəntiqlərə keçmiş baş nazirin siyasətindən narazı olduğunu və onu öldürmək niyyətində olduğunu deyib.
Abenin vəziyyəti ilə bağlı əlavə məlumat yoxdur. Təcili yardım rəsmiləri deyirlər ki, onun heç bir həyati əlaməti yoxdur.
Hadisə yerində olan müxbirin verdiyi məlumata görə, Abe çıxışa başlayandan az sonra Yaponiya saatı ilə 11:30 radələrində iki atəş eşidilib. Polis bildirir ki, keçmiş baş nazirin sinəsindən və boynundan güllə yarası aldığı məlumdur.
Abe bu həftəsonu Yuxarı Palata seçkilərindəki namizədi dəstəkləmək üçün Naraya gedib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.