https://sputnik.az/20220708/ermenilerin-qarabagla-bagli-filminin-numayis-olunmasinin-qarsisi-alinib-443850686.html
Ermənilərin Qarabağla bağlı filminin nümayiş olunmasının qarşısı alınıb
Ermənilərin Qarabağla bağlı filminin nümayiş olunmasının qarşısı alınıb
Sputnik Azərbaycan
Bişkekdəki Aytmatov adına Kino Evində rejissor Nora Martirosyanın Ermənistan-Azərbaycan münaqişəsində erməni təbliğatının daha bir vasitəsi olan "Əgər külək... 08.07.2022, Sputnik Azərbaycan
2022-07-08T19:50+0400
2022-07-08T19:50+0400
2022-07-08T19:50+0400
film
mədəniyyət
bişkek
ləğv
qırğızıstan
çingiz aytmatov
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426239336_0:151:3077:1881_1920x0_80_0_0_3df8613d08d97812024bb087f4924688.jpg
BAKI, 8 iyul — Sputnik. Qırğızıstan paytaxtında erməni təxribatının qarşısı alınıb. Belə ki, Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun müdaxiləsi nəticəsində Bişkek şəhərindəki Kino Evində Fransa-Ermənistan-Belçika istehsalı olan təxribat xarakterli "Əgər külək əsərsə" ("Si Le Vent Tombe") filminin nümayişi baş tutmayıb.Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, bu, diaspor rəhbərlərinin ölkənin mədəniyyət, informasiya və turizm naziri Cavankul Azamat, "İssık-Kul Forumu" Beynəlxalq İctimai Birliyinin rəhbəri Əskər Aytmatov və Çingiz Aytmatov adına Respublika Kino Evinin direktoru Gülmira Kərimova ilə apardıqları danışıqlardan sonra mümkün olub. Soydaşlarımız təxribat xarakterli filmin türk dövlətində nümayiş olunmasına kəskin etirazlarını bildiriblər və diasporumuzun duruma uyğun müvafiq addımlar atacaqları barədə xəbərdarlıq ediblər.Qeyd edək ki, erməni rejissoru Nora Martirosyanın çəkdiyi filmdəki hadisələr Azərbaycanın işğal altındakı torpaqlarında cərəyan edir. Film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissinin gücləndirilməsi məqsədilə ərsəyə gətirilib."Alliance Francaise Bişkek" şirkətinin təşkilatçılığı ilə fransız dilində çəkilən filmin rusca alt yazısı ilə 2022-ci il 8 iyul tarixində saat 11:00-da Bişkek şəhərində yerləşən Kino Evində tamaşaçılara təqdim olunması nəzərdə tutulmuşdu.Qeyd edək ki, 2020-ci ildə sözügedən filmin Kann Festivalında nümayişinə Azərbaycan tərəfi etiraz etmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426239336_158:0:2887:2047_1920x0_80_0_0_454f92a2a3fe77698e8448526a1f8701.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
film, bişkek, ləğv, qırğızıstan, çingiz aytmatov
film, bişkek, ləğv, qırğızıstan, çingiz aytmatov
Ermənilərin Qarabağla bağlı filminin nümayiş olunmasının qarşısı alınıb
Bişkekdəki Aytmatov adına Kino Evində rejissor Nora Martirosyanın Ermənistan-Azərbaycan münaqişəsində erməni təbliğatının daha bir vasitəsi olan "Əgər külək əsərsə" filminin nümayişi ləğv olunub
BAKI, 8 iyul — Sputnik. Qırğızıstan paytaxtında erməni təxribatının qarşısı alınıb. Belə ki, Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun müdaxiləsi nəticəsində Bişkek şəhərindəki Kino Evində Fransa-Ermənistan-Belçika istehsalı olan təxribat xarakterli "Əgər külək əsərsə" ("Si Le Vent Tombe") filminin nümayişi baş tutmayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, bu, diaspor rəhbərlərinin ölkənin mədəniyyət, informasiya və turizm naziri Cavankul Azamat, "İssık-Kul Forumu" Beynəlxalq İctimai Birliyinin rəhbəri Əskər Aytmatov və Çingiz Aytmatov adına Respublika Kino Evinin direktoru Gülmira Kərimova ilə apardıqları danışıqlardan sonra mümkün olub. Soydaşlarımız təxribat xarakterli filmin türk dövlətində nümayiş olunmasına kəskin etirazlarını bildiriblər və diasporumuzun duruma uyğun müvafiq addımlar atacaqları barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, erməni rejissoru Nora Martirosyanın çəkdiyi filmdəki hadisələr Azərbaycanın işğal altındakı torpaqlarında cərəyan edir. Film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissinin gücləndirilməsi məqsədilə ərsəyə gətirilib.
"Alliance Francaise Bişkek" şirkətinin təşkilatçılığı ilə fransız dilində çəkilən filmin rusca alt yazısı ilə 2022-ci il 8 iyul tarixində saat 11:00-da Bişkek şəhərində yerləşən Kino Evində tamaşaçılara təqdim olunması nəzərdə tutulmuşdu.
Qeyd edək ki, 2020-ci ildə sözügedən filmin Kann Festivalında nümayişinə Azərbaycan tərəfi etiraz etmişdi.