https://sputnik.az/20220708/elilliyi-olan-sexslerle-bagli-yeni-layiheye-baslanilib-443831839.html
Əlilliyi olan şəxslərlə bağlı yeni layihəyə başlanılıb
Əlilliyi olan şəxslərlə bağlı yeni layihəyə başlanılıb
Sputnik Azərbaycan
Layihəyə start verilməsində əsas məqsəd əlilliyi olan şəxslərin sosial inteqrasiyası, onlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, Avropanın... 08.07.2022, Sputnik Azərbaycan
2022-07-08T21:01+0400
2022-07-08T21:01+0400
2022-07-08T21:01+0400
əlil
cəmiyyət
layihə
https://cdnn1.img.sputnik.az/img/07e5/04/09/426656477_0:320:3073:2048_1920x0_80_0_0_22bfc1109420ad6991116cba7d57b4af.jpg
BAKI, 8 iyul — Sputnik. Əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək" adlı yeni layihəyə start verilib.Layihə Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məqsəd əlilliyi olan şəxslərin sosial inteqrasiyası, onlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və Avropanın ən yaxşı təcrübəsinə əsaslanan reabilitasiya sisteminin yaradılmasıdır.APA xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizin 2008-ci ildə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına ilk qoşulan ölkələrdən biri olduğunu vurğulayıb. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 15 reabilitasiya müəssisəsinin son illərdə müasir tələblərə uyğun qurulduğunu və reabilitasiya mərkəzlərinin potensialının 3 dəfə artırıldığını nəzərə çatdırıb.Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Piter Mixalko layihənin məqsədinin əlilliyi olan şəxslərin öz hüquqlarından istifadə etmələrinin, əlilliklə bağlı ehtiyaclarından asılı olmayaraq cəmiyyətdə və iqtisadi həyatda iştirakları üçün bərabər imkanlara malik olmalarının və ayrı-seçkiliyə məruz qalmamalarının təmini olduğunu vurğulayıb. O, əlilliklə bağlı yeni islahatların əlilliyi olan şəxslərin sosial inteqrasiyasına və dayanıqlı məşğulluq imkanlarının yaradılmasına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.Tədbirdə İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İdarə Heyətinin sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov, səhiyyə nazirinin müavini İlqar Qasımov ölkəmizdə əhalinin sağlamlığının qorunması, o cümlədən əlilliyi olan şəxslərə dövlət qayğısı, onların tibbi-sosial reabilitasiyası və tibbi sığorta sahəsində son illər həyata keçirilmiş layihələr və gələcək hədəflər barədə çıxış ediblər.Sonra layihə üzrə komanda rəhbəri Mişel Mur layihənin təqdimatını edib. O, ölkəmizdə sosial müdafiə sahəsində həyata keçirilən islahatları, eləcə də əlilliyi olan şəxslərin hüquqları və inklüzivliyinin təmin edilməsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib:"Layihə 2023-cü ilin 15 oktyabrına qədər icra olunacaq. Bu müddət ərzində ən yaxşı beynəlxalq təcrübə əsasında əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində ənənəvi tibbi modeldən sosial modelə keçidlə bağlı sənəd, metodlar hazırlanacaq. Həmçinin reabilitasiya mərkəzlərinin yeni strukturunun, işçi heyəti təkmilləşdiriləcək, təlimlər həyata keçiriləcək", - deyə o əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/09/426656477_132:0:2863:2048_1920x0_80_0_0_5f092a151363f1cc3ed8a250bc7c177d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əlil, layihə
Əlilliyi olan şəxslərlə bağlı yeni layihəyə başlanılıb
Layihəyə start verilməsində əsas məqsəd əlilliyi olan şəxslərin sosial inteqrasiyası, onlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, Avropanın ən mütəşəkkil təcrübəsinə əsaslanan reabilitasiya sisteminin yaradılmasıdır
BAKI, 8 iyul — Sputnik. Əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək" adlı yeni layihəyə start verilib.
Layihə Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Məqsəd əlilliyi olan şəxslərin sosial inteqrasiyası, onlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və Avropanın ən yaxşı təcrübəsinə əsaslanan reabilitasiya sisteminin yaradılmasıdır.
APA xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizin 2008-ci ildə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına ilk qoşulan ölkələrdən biri olduğunu vurğulayıb. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 15 reabilitasiya müəssisəsinin son illərdə müasir tələblərə uyğun qurulduğunu və reabilitasiya mərkəzlərinin potensialının 3 dəfə artırıldığını nəzərə çatdırıb.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Piter Mixalko layihənin məqsədinin əlilliyi olan şəxslərin öz hüquqlarından istifadə etmələrinin, əlilliklə bağlı ehtiyaclarından asılı olmayaraq cəmiyyətdə və iqtisadi həyatda iştirakları üçün bərabər imkanlara malik olmalarının və ayrı-seçkiliyə məruz qalmamalarının təmini olduğunu vurğulayıb. O, əlilliklə bağlı yeni islahatların əlilliyi olan şəxslərin sosial inteqrasiyasına və dayanıqlı məşğulluq imkanlarının yaradılmasına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İdarə Heyətinin sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov, səhiyyə nazirinin müavini İlqar Qasımov ölkəmizdə əhalinin sağlamlığının qorunması, o cümlədən əlilliyi olan şəxslərə dövlət qayğısı, onların tibbi-sosial reabilitasiyası və tibbi sığorta sahəsində son illər həyata keçirilmiş layihələr və gələcək hədəflər barədə çıxış ediblər.
Sonra layihə üzrə komanda rəhbəri Mişel Mur layihənin təqdimatını edib. O, ölkəmizdə sosial müdafiə sahəsində həyata keçirilən islahatları, eləcə də əlilliyi olan şəxslərin hüquqları və inklüzivliyinin təmin edilməsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib:
"Layihə 2023-cü ilin 15 oktyabrına qədər icra olunacaq. Bu müddət ərzində ən yaxşı beynəlxalq təcrübə əsasında əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində ənənəvi tibbi modeldən sosial modelə keçidlə bağlı sənəd, metodlar hazırlanacaq. Həmçinin reabilitasiya mərkəzlərinin yeni strukturunun, işçi heyəti təkmilləşdiriləcək, təlimlər həyata keçiriləcək", - deyə o əlavə edib.