https://sputnik.az/20220708/dtx-guzestli-menzil-secimine-mudaxile-hallari-ile-bagli-xeberdarliq-edib-443848830.html
DTX güzəştli mənzil seçiminə müdaxilə halları ilə bağlı xəbərdarlıq edib
DTX güzəştli mənzil seçiminə müdaxilə halları ilə bağlı xəbərdarlıq edib
Sputnik Azərbaycan
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova deyib ki, bu əməli törədən daha bir nəfər barəsində axtarış elan olunub. 08.07.2022, Sputnik Azərbaycan
2022-07-08T17:53+0400
2022-07-08T17:53+0400
2022-07-08T17:53+0400
dtx
cəmiyyət
mida
mənzil
https://cdnn1.img.sputnik.az/img/41061/85/410618536_0:0:2001:1125_1920x0_80_0_0_2f626fb1b50685ddcd2b1ad7c0c641cd.jpg
BAKI, 8 iyul — Sputnik. "30 mart 2022-ci ildə 442 mənzilin güzəştli şərtlərlə satışı həyata keçirilərkən seçim prosesinə müdaxilə imkanları aşkarlanıb. Buna görə də Mənzil İnşaatı Dövlət Agentliyi Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib".Sputnik Azərbaycan-ın məlumatına əsasən, bunu keçirilən mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova deyib.O bildirib ki, DTX tərəfindən faktla bağlı çoxsaylı istintaq tədbirləri həyata keçirilib."Bu əməli törədənlər müəyyən edilib və bir nəfər barəsində axtarış elan olunub", - deyə Günel Hüseynova əlavə edib.DTX əməkdaşı kompüter texnologiyalarının inkişafı ilə əlaqədar kibercinayətlərin də artdığına diqqət çəkib.Xatırladaq ki, martın 30-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 güzəştli mənzilin satışı zamanı 442 mənzilin seçimində iştirak edənlərin sayı 8939 nəfər olub. MİDA açıqlama yayaraq bildirib ki, seçilmiş 442 mənzilin 257-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.Məlumat üçün yada salaq ki, MİDA-nın satışa çıxartdığı 500-ə yaxın mənzilin 5 saniyəyə satılması ciddi sosial narazılığa səbəb olmuşdu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41061/85/410618536_0:0:1743:1307_1920x0_80_0_0_02498ad999d58e4282e50fa42b279022.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dtx, mida, mənzil
DTX güzəştli mənzil seçiminə müdaxilə halları ilə bağlı xəbərdarlıq edib
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova deyib ki, bu əməli törədən daha bir nəfər barəsində axtarış elan olunub.
BAKI, 8 iyul — Sputnik. "30 mart 2022-ci ildə 442 mənzilin güzəştli şərtlərlə satışı həyata keçirilərkən seçim prosesinə müdaxilə imkanları aşkarlanıb. Buna görə də Mənzil İnşaatı Dövlət Agentliyi Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib".
Sputnik Azərbaycan-ın məlumatına əsasən, bunu keçirilən mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova deyib.
O bildirib ki, DTX tərəfindən faktla bağlı çoxsaylı istintaq tədbirləri həyata keçirilib.
"Bu əməli törədənlər müəyyən edilib və bir nəfər barəsində axtarış elan olunub", - deyə Günel Hüseynova əlavə edib.
DTX əməkdaşı kompüter texnologiyalarının inkişafı ilə əlaqədar kibercinayətlərin də artdığına diqqət çəkib.
Xatırladaq ki, martın 30-da MİDA Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 güzəştli mənzilin satışı zamanı 442 mənzilin seçimində iştirak edənlərin sayı 8939 nəfər olub. MİDA açıqlama yayaraq bildirib ki, seçilmiş 442 mənzilin 257-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.
Məlumat üçün yada salaq ki, MİDA-nın satışa çıxartdığı 500-ə yaxın mənzilin 5 saniyəyə satılması ciddi sosial narazılığa səbəb olmuşdu.