CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatdan boşanmalarla bağlı həyəcan siqnalı

© AFP 2024 / SAFIN HAMEDBoşanma
Boşanma - Sputnik Azərbaycan, 1920, 08.07.2022
Abunə olmaq
Eldar Quliyev gənclərin narkomaniya girdabına düşdüyünü də vurğulayıb.
BAKI, 8 iyul — Sputnik. "Bu gün 100 evlənəndən 35-i boşanır". Bu fikri Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyev ağsaqqalların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən deyib. Deputat bildirib ki, keçmiş vaxtlarda boşanmaların sayı belə deyildi: "Ağsaqqallarımız, ağbirçəklərimiz qızlarına deyirdilər ki, ailə qurduğun evdə get xoşbəxt ol, orada da ömrünün sonuna qədər yaşa. Oğlanlara isə deyirdilər ki, ailə qurduğun xanım sənin namusundur, qeyrətindir. Bu gün narkomaniyaya bulaşan gənclərimiz də var. Onların da qarşısı alınmalıdır".
Məlumat üçün bildirək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk üç ayı ərzində 14606 nikah və 3618 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2-dən 5,9-a qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
Xatırladaq ki, ötən ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 19141 nikaha daxilolma və 6745 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,7-dən 4,6-ya, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.
Xəbər lenti
0