DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Xalq Azadlıq Ordusu hər zaman müharibəyə hazırdır - ölkənin Müdafiə Nazirliyi

© AP Photo / Ng Han GuanÇin Xalq Azadlıq Ordusu
Çin Xalq Azadlıq Ordusu - Sputnik Azərbaycan, 1920, 08.07.2022
Abunə olmaq
Qeyd edilib ki, Çin Xalq Azadlıq Ordusu xarici müdaxilələrə və Tayvan separatçılarının Tayvanın qondarma müstəqilliyinə nail olmaq cəhdlərinə qətiyyətlə son qoyacaq.
BAKI, 8 iyul — Sputnik. Çin silahlı qüvvələri ABŞ-ın respublikaçı senatoru Rik Skottun (R-Fla.) Tayvana səfəri ilə əlaqədar milli suverenliyi qorumaq üçün istənilən vaxt hərbi əməliyyatlara başlamağa hazırdır. Bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
"ABŞ-ın bu cür hərəkətləri vahid Çin prinsipini ciddi şəkildə pozur və ÇXR buna kəskin etirazını bildirir. Çin Xalq Azadlıq Ordusu hər zaman müharibəyə hazırdır, biz istənilən vaxt hərbi əməliyyatlara başlaya bilərik. Biz ölkəmizin milli suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə edəcəyik", - deyə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Çin Xalq Azadlıq Ordusu xarici müdaxilələrə və Tayvan separatçılarının Tayvanın qondarma müstəqilliyinə nail olmaq cəhdlərinə qətiyyətlə son qoyacaq: "Nəyin bahasına olursa olsun, vətənin birliyini təmin etmək lazımdır".
Tayvan adası 1895-ci ildən 1945-ci ilədək Yaponiya imperiyasının tərkibində olmuş və bir neçə prefekturaya (Tayxoku, Sintiku, Taytyu, Taynan, Tarenko, Tayto, Xoko) bölünüb. İkinci Dünya müharibəsində (1939-1945) Yaponiyanın məğlubiyyətindən sonra ada Çin Respublikasının tərkibinə daxil edilib.
Qeyd edək ki, bundan öncə Çin-Tayvan münasibətlərinin pik həddə kəskinləşdiyi tarix 1996-ci ildə Tayvanda baş verən prezident seçkiləri zamanı olmuşdu. III Tayvan boğazı böhranı kimi tarixə düşmüş insident, ABŞ hərbi donanmasına aid gəmilərin Tayvan boğazına yaxınlaşmasıyla sonlanmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0