https://sputnik.az/20220708/bayram-gunlerinde-baki-metropoliteninin-is-rejiminde-deyisiklik-olacaq-443823416.html
Bayram günlərində Bakı Metropoliteninin iş rejimində dəyişiklik olacaq
Bayram günlərində Bakı Metropoliteninin iş rejimində dəyişiklik olacaq
Sputnik Azərbaycan
Bu il, Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı iyulun 9-u və 10-u qeyd olunacaq. 08.07.2022, Sputnik Azərbaycan
2022-07-08T20:36+0400
2022-07-08T20:36+0400
2022-07-08T20:36+0400
metro
paytaxt xəbərləri
qurban bayramı
gücləndirilmiş rejim
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610411_0:0:3071:1728_1920x0_80_0_0_d7d3aee3e7564337f59bf14fcbc1580d.jpg
BAKI, 8 iyul — Sputnik. Azərbaycanda Qurban bayramının qeyd ediləcəyi 9-10 iyul tarixlərində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin iş rejimində dəyişikliklər ediləcək."Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, həmin tarixlər istirahət günləri hesab olunsa da, metrodan istifadə edən sərnişinlərin maksimum rahatlığını təmin etmək məqsədilə qatarlar adi iş günləri qrafiki ilə hərəkət edəcək.Bununla iyulun 4-dən tətbiq edilmiş yay qrafikinə uyğun olaraq, iyulun 9-u və 10-da qatarların "Həzi Aslanov-28 May" sahəsi boyunca hərəkət intervalı saat 7:00-dan 21:00-a qədər 2 dəqiqə 30 saniyə təşkil edəcək. Qırmızı və Yaşıl xətlərin kəsişərək birləşdiyi "28 May" stansiyasından sonrakı sahələrdə interval, uyğun olaraq, 2 dəfə çox təşkil edəcək.Bu günlər ərzində metropolitendə gücləndirilmiş iş rejimi tətbiq edilməklə işçilərin növbətçilik cədvəli tərtib olunacaq.İyul ayının 11-12-si istirahət günləri hesab olunduğundan qatarlar şənbə-bazar günlərinə uyğun təmin ediləcək. Hər iki gün "28 May-Həzi Aslanov" sahəsində qatarlar 3 dəqiqəlik intervalla hərəkət edəcək. Ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranarsa, xəttə çıxarılacaq."Bakmil" stansiyasına və əksinə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, mövcud bayram və istirahət günlərində tətbiq edilmiş iş rejimi nəzərə alınmaqla, iyulun 9-10-da iş günləri, iyulun 11-12-də isə istirahət günləri qrafikini əsas götürsünlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220708/nazirlik-qurban-bayrami-ile-elaqedar-guclendirilmis-is-rejiminde-calisacaq-443823054.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610411_0:0:2729:2047_1920x0_80_0_0_078520b8f8ed4c3f2bab1a0726d86d76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
metro, qurban bayramı, gücləndirilmiş rejim
metro, qurban bayramı, gücləndirilmiş rejim
Bayram günlərində Bakı Metropoliteninin iş rejimində dəyişiklik olacaq
Bu il, Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı iyulun 9-u və 10-u qeyd olunacaq.
BAKI, 8 iyul — Sputnik. Azərbaycanda Qurban bayramının qeyd ediləcəyi 9-10 iyul tarixlərində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin iş rejimində dəyişikliklər ediləcək.
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, həmin tarixlər istirahət günləri hesab olunsa da, metrodan istifadə edən sərnişinlərin maksimum rahatlığını təmin etmək məqsədilə qatarlar adi iş günləri qrafiki ilə hərəkət edəcək.
Bununla iyulun 4-dən tətbiq edilmiş yay qrafikinə uyğun olaraq, iyulun 9-u və 10-da qatarların "Həzi Aslanov-28 May" sahəsi boyunca hərəkət intervalı saat 7:00-dan 21:00-a qədər 2 dəqiqə 30 saniyə təşkil edəcək. Qırmızı və Yaşıl xətlərin kəsişərək birləşdiyi "28 May" stansiyasından sonrakı sahələrdə interval, uyğun olaraq, 2 dəfə çox təşkil edəcək.
Bu günlər ərzində metropolitendə gücləndirilmiş iş rejimi tətbiq edilməklə işçilərin növbətçilik cədvəli tərtib olunacaq.
İyul ayının 11-12-si istirahət günləri hesab olunduğundan qatarlar şənbə-bazar günlərinə uyğun təmin ediləcək. Hər iki gün "28 May-Həzi Aslanov" sahəsində qatarlar 3 dəqiqəlik intervalla hərəkət edəcək. Ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranarsa, xəttə çıxarılacaq.
"Bakmil" stansiyasına və əksinə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, mövcud bayram və istirahət günlərində tətbiq edilmiş iş rejimi nəzərə alınmaqla, iyulun 9-10-da iş günləri, iyulun 11-12-də isə istirahət günləri qrafikini əsas götürsünlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.