https://sputnik.az/20220708/azersu-guclendirilmis-rejimde-isleyecek-443848978.html
"Azərsu" gücləndirilmiş rejimdə işləyəcək
"Azərsu" gücləndirilmiş rejimdə işləyəcək
Sputnik Azərbaycan
Qurum bəyan edib ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün lazımi təşkilatı və... 08.07.2022, Sputnik Azərbaycan
2022-07-08T17:34+0400
2022-07-08T17:34+0400
2022-07-08T17:34+0400
azərsu
cəmiyyət
qurban bayramı
gücləndirilmiş iş rejimi
"azərsu" asc
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516984_0:110:2101:1291_1920x0_80_0_0_6f4f34e87b17c683f5a2fda0c627e7dc.jpg
BAKI, 8 iyul — Sputnik. "Azərsu" Açıq Səhimdar Cəmiyyəti Qurban Bayram ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.Qeyri-iş günlərində həm mərkəzi idarə aparatında, həm də regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə "Azərsu" ASC-nin sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub. Əhalinin içməli su təchizatında dayanıqlığın təmin olunması məqsədilə heç bir planlı fasilə olmayacaq, qəza xidmətləri, 955 Zəng Mərkəzi fasiləsiz fəaliyyət göstərəcək.İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar "Azərsu" ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər. Eyni zamanda vətəndaşlar (055) 209-95-59 "Whatsapp" nömrəsi və sosial şəbəkə vasitəsilə də müraciətlərini ünvanlaya bilərlər.Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün lazımi təşkilatı və texniki tədbirlər görüləcək.Qeyd edək ki, iyulun 9-10-u Qurban bayramıdır. Bayram günləri qeyri-iş günlərinə təsadüf etdiyindən 11 və 12 iyul da istirahət günləri sayılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516984_116:0:1983:1400_1920x0_80_0_0_8c17fc07e0c0f20156d0d607d48606bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərsu, qurban bayramı, gücləndirilmiş iş rejimi, "azərsu" asc
azərsu, qurban bayramı, gücləndirilmiş iş rejimi, "azərsu" asc
"Azərsu" gücləndirilmiş rejimdə işləyəcək
Qurum bəyan edib ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün lazımi təşkilatı və texniki tədbirlər görüləcək.
BAKI, 8 iyul — Sputnik. "Azərsu" Açıq Səhimdar Cəmiyyəti Qurban Bayram ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Qeyri-iş günlərində həm mərkəzi idarə aparatında, həm də regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə "Azərsu" ASC-nin sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub. Əhalinin içməli su təchizatında dayanıqlığın təmin olunması məqsədilə heç bir planlı fasilə olmayacaq, qəza xidmətləri, 955 Zəng Mərkəzi fasiləsiz fəaliyyət göstərəcək.
İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar "Azərsu" ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər. Eyni zamanda vətəndaşlar (055) 209-95-59 "Whatsapp" nömrəsi və sosial şəbəkə vasitəsilə də müraciətlərini ünvanlaya bilərlər.
Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün lazımi təşkilatı və texniki tədbirlər görüləcək.
Qeyd edək ki, iyulun 9-10-u Qurban bayramıdır. Bayram günləri qeyri-iş günlərinə təsadüf etdiyindən 11 və 12 iyul da istirahət günləri sayılacaq.