Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanı sufi festivalında musiqiçilər təmsil edəcəklər

© Sputnik / Kamal AlmuradlıSumqayıtda yeni istifadəyə verilmiş Muğam Mərkəzində ilk tədbir keçirilib
Sumqayıtda yeni istifadəyə verilmiş Muğam Mərkəzində ilk tədbir keçirilib - Sputnik Azərbaycan, 1920, 08.07.2022
Abunə olmaq
Beynəlxalq layihədə Azərbaycandan olan ifaçılar xalq musiqisini, həmçinin muğamı təqdim edəcəklər.
BAKI, 8 iyul — Sputnik. Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin solistləri XV Beynəlxalq Sufi Mədəniyyəti Festivalında çıxış edəcəklər. Tədbir oktyabrın 22-dən 29-dək Mərakeşin milli-mənəvi mərkəzində - Fes şəhərində keçiriləcək.
Artıq bu gün məlum olub ki, orada Mərakeş, Misir, Suriya, İran, Türkiyə və digər ölkələrdən olan musiqi qrupları iştirak edəcəklər.
Festivalın proqramı üç hissəyə bölünür: müxtəlif təsviri sənət üzrə bədii nümayiş; mənəvi dəyərlər və cəmiyyət arasındakı əlaqəni və digər mövzuları müzakirə etmək üçün dəyirmi masalar; dünyanın hər yerindən böyük sufi qardaşlıqların iştirakı ilə tədbirlər.
Azərbaycan ifaçıları açılış mərasimində, eləcə də layihənin növbəti günlərində çıxış edəcəklər. Onlar Azərbaycan xalq musiqisini, ilk növbədə muğamları ifa edəcəklər.
Muğam Mərkəzi bir çox xarici musiqi təşkilatları ilə əməkdaşlıq edir. Onun solistləri İsveçrə, Fransa, Polşa, Çin, Mərakeş, Hindistan, Rusiya, Gürcüstan və digər ölkələrdə çıxış edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0