https://sputnik.az/20220707/yaxin-bir-nece-qisda-avropada-qaz-qitligi-gozlenilir-443803943.html
Yaxın bir neçə qışda Avropada qaz qıtlığı gözlənilir
Yaxın bir neçə qışda Avropada qaz qıtlığı gözlənilir
Sputnik Azərbaycan
Problemlər bir ildən üç ilə qədər davam edəcək 07.07.2022, Sputnik Azərbaycan
2022-07-07T17:04+0400
2022-07-07T17:04+0400
2022-07-07T17:22+0400
qaz
dünya xəbərləri
rusiya
avropa
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441891549_0:0:2964:1668_1920x0_80_0_0_0536c1551d125b829fca207e3a2a81be.jpg
BAKI, 7 iyul — Sputnik. Beynəlxalq mayeləşdirilmiş təbii qaz (MTQ) İdxalçılar Qrupu (GIIGNL) Avropada qaz qıtlığı probleminin bir neçə qış davam edə biləcəyini gözləyir. Bu barədə “Bloomberg” xəbər verir.GIIGNL-in rəhbəri Vinsent Demuri Londonda deyib: "Bəxtimiz gətirsə, 2022/2023-cü illərin qışını çox da zərər görmədən keçəcəyik. Lakin gələn qış, eynən ondan sonra gələcək növbəti qış kimi daha çətin ola bilər".“Bloomberg” qeyd edir ki, ötən qış hər zamankından daha isti keçib. Nəticədə, Avropanın anbarlarında növbəti mövsüm üçün daha çox qaz qalıb. Lakin dünya bazarında qiymətlər əhəmiyyətli dərəcədə artıb və qaz almaq daha bahalı olub.Demuri bildirib ki, Rusiya neftinin idxalının azalması və karantin məhdudiyyətlərinin aradan qaldırılmasından sonra Çində enerji tələbatının gözlənilən artımı nəzərə alınarsa, regiona növbəti il üçün qaz anbarlarını doldurmaq çətin olacaq.Avropa Komissiyası bu ayın sonuna qədər qaz tədarükü ilə bağlı fəaliyyət planını dərc etməyi planlaşdırır ki, burada Aİ ölkələrinə daha uzun müddətə planlaşdırmaq üçün tövsiyələr daxil olacaq.Eyni tədbirdə çıxış edən Oksford Enerji Tədqiqatları İnstitutunun eksperti Conatan Stern deyib: "Ümid edirəm ki, bu qısamüddətli vəziyyətdir, lakin düşünürəm ki, problemlər bir ildən üç ilə qədər davam edəcək. Məncə, Avropada ciddi olacağını düşündüyüm tənəzzülün nəticələrini qiymətləndirməliyik".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441891549_233:0:2964:2048_1920x0_80_0_0_417d665bd3e148d7c5355af3449f0e5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
qaz, rusiya, avropa
Yaxın bir neçə qışda Avropada qaz qıtlığı gözlənilir
17:04 07.07.2022 (Yenilənib: 17:22 07.07.2022) Problemlər bir ildən üç ilə qədər davam edəcək
BAKI, 7 iyul — Sputnik. Beynəlxalq mayeləşdirilmiş təbii qaz (MTQ) İdxalçılar Qrupu (GIIGNL) Avropada qaz qıtlığı probleminin bir neçə qış davam edə biləcəyini gözləyir. Bu barədə “Bloomberg” xəbər verir.
GIIGNL-in rəhbəri Vinsent Demuri Londonda deyib: "Bəxtimiz gətirsə, 2022/2023-cü illərin qışını çox da zərər görmədən keçəcəyik. Lakin gələn qış, eynən ondan sonra gələcək növbəti qış kimi daha çətin ola bilər".
“Bloomberg” qeyd edir ki, ötən qış hər zamankından daha isti keçib. Nəticədə, Avropanın anbarlarında növbəti mövsüm üçün daha çox qaz qalıb. Lakin dünya bazarında qiymətlər əhəmiyyətli dərəcədə artıb və qaz almaq daha bahalı olub.
Demuri bildirib ki, Rusiya neftinin idxalının azalması və karantin məhdudiyyətlərinin aradan qaldırılmasından sonra Çində enerji tələbatının gözlənilən artımı nəzərə alınarsa, regiona növbəti il üçün qaz anbarlarını doldurmaq çətin olacaq.
Avropa Komissiyası bu ayın sonuna qədər qaz tədarükü ilə bağlı fəaliyyət planını dərc etməyi planlaşdırır ki, burada Aİ ölkələrinə daha uzun müddətə planlaşdırmaq üçün tövsiyələr daxil olacaq.
Eyni tədbirdə çıxış edən Oksford Enerji Tədqiqatları İnstitutunun eksperti Conatan Stern deyib: "Ümid edirəm ki, bu qısamüddətli vəziyyətdir, lakin düşünürəm ki, problemlər bir ildən üç ilə qədər davam edəcək. Məncə, Avropada ciddi olacağını düşündüyüm tənəzzülün nəticələrini qiymətləndirməliyik".