CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tərəflər boşandıqda sənədsiz evə görə mübahisə necə həll olunur?

© pixabay / rawpixelBoşanma, arxiv şəkli
Boşanma, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
Nikah dövründə alınan ev tərəflər arasında bölüşdürülür, bağışlanılan ev isə heç bir halda məhkəmə predmetinə çevrilmir
BAKI, 7 iyul — Sputnik. Tərəflər boşandıqda daşınmaz əmlak da məhkəmə predmetinə çevrilir. Evin rəsmi sənədi olduqda daşınmaz əmlak məhkəmə qərarı ilə tərəflər arasında bölüşdürülür.
Maraqlıdır, evin rəsmi sənədi yoxdursa, bu zaman nə baş verir?
Vəkil Türkel Süleymanlı bildirir ki, sənədi olmayan evlər bölünmür: "Belə olan halda hansısa tərəfin hansısa tərəfi evdən çıxartmaq hüququ da olmur. Hər iki tərəf razılığa gələrək o evdə yaşaya, yaxud da biri digərinə güzəşt edə bilər".
Vəkil deyir ki, ev bağışlanılmış bir əmlak olarsa, bu zaman heç bir məhkəmə predmeti yaranmır, ev tərəflər arasında bölüşdürülmür. Lakin evin alınması üçün pul tərəflərdən hansının valideyni tərəfindən bağışlanarsa, bu zaman həmin vəsaitin bağışlanılmış olduğunu sübut etmək çətindir:
"Ev nikah dövründə alınıbsa, bu zaman tərəflər arasında bölüşdürülür. Sənədin olub, olmamasından asılı olmayaraq, tərəflər evi alıb, bir il sonra boşanıbsa, bu zaman əmlak kimin adındadırsa, onun adında da qalır, digər tərəf isə ödədiyi vəsaitə görə faizi tələb edə bilər".
Vəkilin sözlərinə görə, evə görə 3 ilədək iddia qaldırmaq mümkündür. Lakin həmin evə sənəd 3 ildən sonra verilərsə, tərəf əmlaka sahiblənmək üçün iddia qaldırdıqda, o, təmin olunmaya bilər.
Xəbər lenti
0