Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah Bakıda külək olacaq, rayonlarda yağış yağacaq

Yağış  - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
BAKI, 7 iyul — Sputnik. İyulun 8-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.
Sel suları - Sputnik Azərbaycan, 1920, 02.07.2022
CƏMİYYƏT
Yaz gursululuq dövründə çaylarda 40 sel-daşqın hadisəsi qeydə alınıb
Xəbər lenti
0