Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Pakistanın Baş naziri Əli Əsədova məktub ünvanlayıb

© Sputnik / Дмитрий Астахов / Mediabanka keçidПремьер-министр Азербайджана Али Асадов во время переговоров
Премьер-министр Азербайджана Али Асадов во время переговоров  - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
Vurğulanıb ki, Pakistan keçmiş Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyib.
BAKI, 7 iyul — Sputnik. Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun təbrik məktubuna cavab olaraq Ə.Əsədova məktub ünvanlayıb.
Nazirlər Kabinetindən verilən məlumata görə, Pakistanın Baş naziri Şahbaz Şərif təbrik məktubunda iki ölkə arasında qardaşlıq münasibətlərinin ötən dövr ərzində siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın artması ilə möhkəm və çoxşaxəli tərəfdaşlığa çevrildiyini məmnunluqla bildirib.
Vurğulanıb ki, Pakistan keçmiş Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyib.
Pakistanın hər iki xalqın mənafeləri naminə Azərbaycan ilə əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduğu diqqətə çatdırılıb.
Suqovuşan bəndində təmir işləri - Sputnik Azərbaycan, 1920, 05.07.2022
QARABAĞ
Əli Əsədov və Samir Nuriyev azad olunmuş ərazilərə səfər edib
Xəbər lenti
0