Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Kəlbəcər Ermənistan tərəfindən atəşə tutulub

© Photo : AR Ministry of Defense Azərbaycan hərbçilər
Azərbaycan hərbçilər - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
BAKI, 7 iyul - Sputnik. İyulun 7-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Xatırladaq ki, bu, eyni istiqamətdə atəşkəsin pozulmasına dair ilk hal deyil.
İyulun 5-i gecə saatlarında da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
İyulun 4-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələri eyni istiqamətdə Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutmuşdu.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 06.07.2022
HƏRBİ
Ermənistan tərəfi ordumuzun mövqelərini atəşə tutub
Xəbər lenti
0