Dünyanın hər yerindən möminlər öz gözləri ilə Əl-Hərəm məscidini görmək və Allahdan günahlarının bağışlanmasını istəmələri üçün Müqəddəs Torpağa toplaşıblar. 07.07.2022, Sputnik Azərbaycan
Dünyanın hər yerindən milyonlarla müsəlman Quranda möminlər üçün nəzərdə tutulan İslamın beş vacib əməlindən birini - Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs Məkkəyə toplaşıblar. Onlardan 680 nəfəri Azərbaycan möminləridir.Zəvvarlar Məhəmməd peyğəmbərin və onun səhabələrinin yolu ilə gedirlər.Müsəlmanın ayin geyimini geyindikdən sonra yerinə yetirdiyi vacib əməllərdən birincisi Kəbəni - Məkkə Məscidini gəzməkdir.Sonra zəvvar Səfa və Mərvə təpələri arasında yeddi dəfə gedib-gəlir, daha sonra isə susuzluğunu Zəmzəm suyu ilə yatırır.Daha sonra Məkkədən 25 km aralıda yerləşən Ərəfat vadisinə doğru istiqamətlənir.Həccin kulminasiyası Zilhiccə ayının doqquzuncu günü günortadan günəş batana qədər Ərəfat vadisində dayanmaq ayinidir. Bu dayanma zamanı zəvvarlar çoxlu dualar oxuyurlar və gün batdıqdan sonra Müzdəlifə vadisinə gedərək orada camaat namazında iştirak edirlər.Ertəsi gün zəvvar Mina vadisini ziyarət edərək orada şeytanı simvolizə edən sütuna yeddi ədəd daş atır.Bunun ardınca Qurban bayramının (Eid al-Adha) başlanmasına işarə edən qurban kəsmə mərasimi icra edilir.Qurban kəsildikdən sonra zəvvar Kəbə ətrafında vidalaşma üçün Məkkəyə qayıdır.Həccin bütün ayinləri Zülhiccə ayının on dördüncü günü tamamlanır. Həmin gün müsəlman ayin geyimini çıxarır və həcc ziyarəti başa çatır.Həyata keçirilən həcc mərasimləri dərin məna daşıyır.Məsələn, Ərəfat vadisində dayanmaq Adəm və Həvvanın Uca Allahın onları Cənnətdən qovmasından sonra görüşməsinə işarədir.Səfa və Mərvə təpələri arasındakı qaçış Həcərin qaçışını təkrarlayır, o, İsmayıla su tapmaq ümidi ilə bu təpələr arasında çarəsizliklə qaçarkən mələk onu Zəmzəmin mənbəyinə aparıb.Mina vadisindəki dirəklərin simvolu olan şeytanın daşqalaq edilməsi ayini iblisin İbrahimin oğlu İsmayılı Uca Yaradana qurban verməli olduğu üçün atasına itaətsizliyə çağırmasını xatırladır. Həmin vaxt İsmayıl yerdən daş götürüb müxtəlif yerlərdə peyda olan şeytanın üstünə atırdı.Qurbanlıq ayini İsmayılla bağlı hekayənin davamıdır. Günahsız bir insanın öldürülməsi böyük günah olduğu üçün Uca Allah İbrahimə oğlunu qurban etməyə icazə verməyib. İbrahimin fədakarlığına əmin olan Uca Allah ona bir qoyun qurban verməyi əmr edib. O vaxtdan bəri müsəlmanlar uca Allaha qoyun, dəvə, inək qurban verirlər və bununla da təqvalarını göstərirlər.İslam dininin təlimlərinə görə, hər bir müsəlman həyatında ən azı bir dəfə Həcc ziyarətini yerinə yetirməlidir.2022-ci ildə Səudiyyə Ərəbistanı Krallığı Həcc ziyarətinin şərtlərinə müəyyən düzəlişlər edib.Bu il Müqəddəs Torpağa yalnız yaşı 65-dən aşağı olan və koronavirusa qarşı peyvənd olunmuş müsəlmanlar gedə bilib.Həcc ziyarətinin qalan qaydası demək olar ki, eynidir.
Dünyanın hər yerindən möminlər öz gözləri ilə Əl-Hərəm məscidini görmək və Allahdan günahlarının bağışlanmasını istəmələri üçün Müqəddəs Torpağa toplaşıblar.
Dünyanın hər yerindən milyonlarla müsəlman Quranda möminlər üçün nəzərdə tutulan İslamın beş vacib əməlindən birini - Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs Məkkəyə toplaşıblar. Onlardan 680 nəfəri Azərbaycan möminləridir.
Zəvvarlar Məhəmməd peyğəmbərin və onun səhabələrinin yolu ilə gedirlər.
Müsəlmanın ayin geyimini geyindikdən sonra yerinə yetirdiyi vacib əməllərdən birincisi Kəbəni - Məkkə Məscidini gəzməkdir.
Sonra zəvvar Səfa və Mərvə təpələri arasında yeddi dəfə gedib-gəlir, daha sonra isə susuzluğunu Zəmzəm suyu ilə yatırır.
Daha sonra Məkkədən 25 km aralıda yerləşən Ərəfat vadisinə doğru istiqamətlənir.
Həccin kulminasiyası Zilhiccə ayının doqquzuncu günü günortadan günəş batana qədər Ərəfat vadisində dayanmaq ayinidir. Bu dayanma zamanı zəvvarlar çoxlu dualar oxuyurlar və gün batdıqdan sonra Müzdəlifə vadisinə gedərək orada camaat namazında iştirak edirlər.
Ertəsi gün zəvvar Mina vadisini ziyarət edərək orada şeytanı simvolizə edən sütuna yeddi ədəd daş atır.
Bunun ardınca Qurban bayramının (Eid al-Adha) başlanmasına işarə edən qurban kəsmə mərasimi icra edilir.
Qurban kəsildikdən sonra zəvvar Kəbə ətrafında vidalaşma üçün Məkkəyə qayıdır.
Həccin bütün ayinləri Zülhiccə ayının on dördüncü günü tamamlanır. Həmin gün müsəlman ayin geyimini çıxarır və həcc ziyarəti başa çatır.
Digərləri Kəbə ətrafında dolanarkən zəvvarlar namaz qılırlar.
Həyata keçirilən həcc mərasimləri dərin məna daşıyır.
Məsələn, Ərəfat vadisində dayanmaq Adəm və Həvvanın Uca Allahın onları Cənnətdən qovmasından sonra görüşməsinə işarədir.
Səfa və Mərvə təpələri arasındakı qaçış Həcərin qaçışını təkrarlayır, o, İsmayıla su tapmaq ümidi ilə bu təpələr arasında çarəsizliklə qaçarkən mələk onu Zəmzəmin mənbəyinə aparıb.
Mina vadisindəki dirəklərin simvolu olan şeytanın daşqalaq edilməsi ayini iblisin İbrahimin oğlu İsmayılı Uca Yaradana qurban verməli olduğu üçün atasına itaətsizliyə çağırmasını xatırladır. Həmin vaxt İsmayıl yerdən daş götürüb müxtəlif yerlərdə peyda olan şeytanın üstünə atırdı.
Qurbanlıq ayini İsmayılla bağlı hekayənin davamıdır. Günahsız bir insanın öldürülməsi böyük günah olduğu üçün Uca Allah İbrahimə oğlunu qurban etməyə icazə verməyib. İbrahimin fədakarlığına əmin olan Uca Allah ona bir qoyun qurban verməyi əmr edib. O vaxtdan bəri müsəlmanlar uca Allaha qoyun, dəvə, inək qurban verirlər və bununla da təqvalarını göstərirlər.
İslam dininin təlimlərinə görə, hər bir müsəlman həyatında ən azı bir dəfə Həcc ziyarətini yerinə yetirməlidir.
2022-ci ildə Səudiyyə Ərəbistanı Krallığı Həcc ziyarətinin şərtlərinə müəyyən düzəlişlər edib.
Bu il Müqəddəs Torpağa yalnız yaşı 65-dən aşağı olan və koronavirusa qarşı peyvənd olunmuş müsəlmanlar gedə bilib.
Həcc ziyarətinin qalan qaydası demək olar ki, eynidir.