Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bu şəxslərin maaşları artacaq

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
"Azərpoçt" MMC-nin sədri bildirib ki, iş yükü çox olan əməliyyatçıların maaşına bonus əlavə ediləcək.
BAKI, 7 iyul — Sputnik. Bu ilin sonuna qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin əməkdaşlarının maaşları artırılacaq.
Bunu şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib.
"Biz zərərdən mənfəətə keçməmiş əməkhaqqı artımına baxa bilməzdik. Bundan sonra atılacaq addımlar o olacaq ki, ötən ildən başlamış müsbət trendi bu ilin sonuna qədər saxlayaq və ili müsbət nəticələrlə yekunlaşdıraq. Bu boyda strukturda maaşlara birdən baxmaq çətin olacaq. Amma ilin sonundan etibarən maaşların hissə-hissə artırılması nəzərdə tutulur.
Eyni zamanda maaşlara standart yanaşma olmayacaq. Bu, düzgün deyil və rəqabətlik prinsipi olmalıdır. Elə şöbələr var ki, orada gün ərzində 3 nəfər gəlir, elə şöbələr var daim növbələr olur. Bu zaman bir əməliyyatçı kifayət qədər iş yükü götürür. Buna biz "transaction bonus" deyirik. Yəni bir işçiyə düşən əməliyyatların sayına görə paylaşdıracağıq və təbii ki, müsbət göstəricilərlə işləyən filial və şöbələrdə bu əməkhaqqına müsbət təsir göstərəcək", - deyə o qeyd edib.
O, həmçinin qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC 2 illik fasilədən sonra yenidən mənfəətlə işləməyə başlayıb. "Beynəlxalq maliyyə hesabatları standartlarına (IFRS) görə, "Azərpoçt" 2020-ci ili 7,7 milyon manat zərərlə bitirib. Atdığımız addımlar nəticəsində 2021-ci ildə bu zərəri 3,4 milyon manata endirə bildik. 2022-ci ilin 5 ayını isə mənfəətlə başa vurmuşuq, yəni hazırda mənfəətlə işləyən strukturuq. Çalışacığıq ki, ötən ildən başlanmış bu tendensiyanı davam etdirək", - deyə o qeyd edib. (Report)
Xatırladaq ki, ən son həkimlərin maaşı artırılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq edilib. Bununla da həkimlərə ödəniləcək əməkhaqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edib.
Xəbər lenti
0