Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Baydarovun yunan tragediyasını xatırladan filmi beynəlxalq festivalda

© AP Photo / Julio CortezKinolent, arxiv şəkli
Kinolent, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
Yunan tragediyasını xatırladan "Balıqlara Xütbə" filmi 75-ci Lokarno Film Festivalında "Qızıl Bəbir" mükafatına namizəddir. O, 3500 film arasından seçilmiş 17 ekran işindən biridir.
BAKI, 7 iyul — Sputnik. Rejssor Hilal Baydarovun "Balıqlara Xütbə"(Sermon to the Fish) bədii tammetrajlı filmi Lokarno Film Festivalının proqramına "Beynəlxalq müsabiqə" kateqoriyası üzrə daxil edilib.
"Asian Shadows" şirkətinin satış və satınalma şöbəsinin rəhbəri Maria A. Ruggieri deyib ki, yunan tragediyasinı xatırladan bu filmində Hilal Baydarov, müharibənin nəticələrinə nəzər salaraq bizi bacı və qardaşın, köpək və torpağın travmalarının içərisinə çəkir:
""Balıqlara Xütbə" xüsusi bir döyüş haqqında deyil, hətta qələbənin də mükafatlandıra bilməyəcəyi ağrılar içində itmiş, unudulmuş ruhlar haqqındadır. Şərqi Avropada və dünyanın digər yerlərində baş verən müharibələrdə "Balıqlara Xütbə" lazımlı fəlsəfi nağıldır".
Filmin prodüseri Elşən Abbasovun sözlərinə görə, Azərbaycan, Meksika, İsveçrə və Türkiyənin birgə istehsalı olan "Balıqlara Xütbə" filmi 75-ci Lokarno Film Festivalında "Qızıl Bəbir" mükafatına namizəddir. O, 3500 film arasından seçilmiş 17 ekran işindən biridir.
Lokarno Film Festivalına gəlincə, tədbir 3-13 avqust tarixlərində baş tutacaq.
"Balıqlara Xütbə" filminin ssenari müəllifi Hilal Baydarov və Aysu Akcandır. Hilal Baydarovun rejissorluğu ilə çəkilən filmin prodüseri Elşən Abbasov, Hilal Baydarov, Carlos Reygadasdır.
Film Dan Wechsler, Jamal Zeinal-Zade, Andreas Roald, Emil Nəcəfov, Faruk Güven, Emrah Kılıç, Joaquín Del Paso ilə birgə istehsalçısı olan filmin təsvir rejissoru və montajçısı Hilal Baydarovdur. Sözügedən filmin bəstəkarı Kənan Rüstəmlidir.
Filmdə Rəna Əsgərova, Orxan İsgəndərli, Hüseyn Nəsirov rol alıb.
Xatırladaq ki, rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında nümayiş olunmuşdur. Film müstəqil Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb. Bundan başqa, "Səpələnmiş ölümlər arasında" bədii filmi "Korkut Ata" (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalının "Ən yaxşı film" nominasiyası üzrə mükafatına layiq görülüb.
Xəbər lenti
0