CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Nazir Əli Əsədov mühüm qərara imza atıb

© Sputnik / Дмитрий Астахов / Mediabanka keçidƏli Əsədov
Əli Əsədov - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
Qərara əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilib.
BAKI, 7 iyul — Sputnik. Nazirlər Kabineti 6 fevral 2017-ci il tarixli 31 qərarı ilə təsdiq edilmiş "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nda dəyişiklik edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilib.
Qərarın qəbulu ləğv olunmuş quyular da daxil olmaqla neftqazçıxarma sənayesi obyektlərinin mövcud olduğu ərazilərdə tikinti-quraşdırma işlərinin aparılması zamanı, o cümlədən tikilmiş obyektlərlə bağlı mübahisəli məsələlərin yaranmasının qarşısının alınmasında və həllində çox böyük təsir göstərəcək, həmçinin insanların təhlükəsizliyi nəzərə alınmaqla sözügedən ərazilərdə torpaqların səmərəli istifadəsinə şərait yaradacaqdır.
Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) aşağıdakı kimi müəyyən olunub:
Xəbər lenti
0