https://sputnik.az/20220707/bakida-demir-ati-hara-baglamali-yuz-ailelik-binada-on-avtomobillik-park-yeri-var-443805279.html
Bakıda "dəmir atı" hara bağlamalı? Yüz ailəlik binada on avtomobillik park yeri var
Bakıda "dəmir atı" hara bağlamalı? Yüz ailəlik binada on avtomobillik park yeri var
Sputnik Azərbaycan
Ekspert iddia edir ki, yaşayış binaları, iş yerləri, ticarət mərkəzlərinin sahiblərindən bunadək parklanma yerinin olması tələb edilməyib. 07.07.2022, Sputnik Azərbaycan
2022-07-07T21:42+0400
2022-07-07T21:42+0400
2022-07-07T21:42+0400
parklanma
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42353/66/423536656_0:0:1921:1080_1920x0_80_0_0_b130725136aa3d0ec43950b2a5af2180.jpg
BAKI, 7 iyul — Sputnik. Tıxacların yaranmasına səbəb olan əsas nüanslardan biri də parklanma yerlərinin olmamasıdır. Belə olan halda sürücülər məcbur olaraq avtomobillərini yolun kənarında saxlamalı olurlar.Bunu nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.O bildirir ki, müəyyən yaşayış binaları, iş yerləri, ticarət mərkəzlərinin sahiblərindən bunadək parklanma yerinin olması tələb edilməyib:"Biz təcrübəmizdə belə bir halı müşahidə etməmişik. Əslində bununla bağlı iş aparılmalıdır. Çünki şəhərsalma norma və qaydalarına görə hər bir obyektin - yəni yaşayış yerinin sakinlərinin, iş yeridirsə, işçilərin sayının minimum həddinə görə parklanma yeri olmalıdır".Ekspertin sözlərinə görə, 2019-2023-cü illərə dair beşillik dövlət proqramında da təsbit edilib ki, müvafiq qurum Bakı şəhərində parklanma yerlərinin təşkilini həyata keçirməli, parklanma yeri olmayan qurumlarla iş aparılmalı, onların qarşısında parklanma yerlərinin təşkili ilə bağlı məsələ qaldırılmalıdır. E.Cəfərov deyib ki, ən böyük problemlərdən biri də xəstəxanaların, ticarət mərkəzlərinin parklanma yerlərinin olmamasıdır."Bəzi aidiyyəti qurumlarda çalışanların dövlət proqramlarından xəbərləri yoxdur", - ekspert əlavə edib.
https://sputnik.az/20220228/azerbaycanda-vahid-parklama-karti-sisteminin-tetbiqi-teklif-olunur-439681112.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42353/66/423536656_96:0:1803:1280_1920x0_80_0_0_46c67676fabca7be5d3b40e57fd412c3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
parklanma
Bakıda "dəmir atı" hara bağlamalı? Yüz ailəlik binada on avtomobillik park yeri var
Ekspert iddia edir ki, yaşayış binaları, iş yerləri, ticarət mərkəzlərinin sahiblərindən bunadək parklanma yerinin olması tələb edilməyib.
BAKI, 7 iyul — Sputnik. Tıxacların yaranmasına səbəb olan əsas nüanslardan biri də parklanma yerlərinin olmamasıdır. Belə olan halda sürücülər məcbur olaraq avtomobillərini yolun kənarında saxlamalı olurlar.
Bunu nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
O bildirir ki, müəyyən yaşayış binaları, iş yerləri, ticarət mərkəzlərinin sahiblərindən bunadək parklanma yerinin olması tələb edilməyib:
"Biz təcrübəmizdə belə bir halı müşahidə etməmişik. Əslində bununla bağlı iş aparılmalıdır. Çünki şəhərsalma norma və qaydalarına görə hər bir obyektin - yəni yaşayış yerinin sakinlərinin, iş yeridirsə, işçilərin sayının minimum həddinə görə parklanma yeri olmalıdır".
Ekspertin sözlərinə görə, 2019-2023-cü illərə dair beşillik dövlət proqramında da təsbit edilib ki, müvafiq qurum Bakı şəhərində parklanma yerlərinin təşkilini həyata keçirməli, parklanma yeri olmayan qurumlarla iş aparılmalı, onların qarşısında parklanma yerlərinin təşkili ilə bağlı məsələ qaldırılmalıdır.
E.Cəfərov deyib ki, ən böyük problemlərdən biri də xəstəxanaların, ticarət mərkəzlərinin parklanma yerlərinin olmamasıdır.
"Bəzi aidiyyəti qurumlarda çalışanların dövlət proqramlarından xəbərləri yoxdur", - ekspert əlavə edib.