https://sputnik.az/20220228/azerbaycanda-vahid-parklama-karti-sisteminin-tetbiqi-teklif-olunur-439681112.html
Azərbaycanda "Vahid parklama kartı" sisteminin tətbiqi təklif olunur
Azərbaycanda "Vahid parklama kartı" sisteminin tətbiqi təklif olunur
Sputnik Azərbaycan
Ombudsman ödənişli parklama yerləri üçün 8, 12 və 24 saatlıq abunə paketləri müəyyən edilməklə "Vahid parklama kartı" sisteminin tətbiqini tövsiyə edir. 28.02.2022, Sputnik Azərbaycan
2022-02-28T22:14+0400
2022-02-28T22:14+0400
2022-02-28T22:14+0400
azərbaycan
cəmiyyət
parklama
bakı
ombudsman
ombudsman aparatı
https://cdnn1.img.sputnik.az/img/41110/00/411100068_0:0:2001:1125_1920x0_80_0_0_d63052410b344390c3708e0a2dba2ffb.jpg
BAKI, 28 fevral — Sputnik. Ombudsman ödənişli parklama yerləri üçün "Vahid parklama kartı" sisteminin tətbiq edilməsini təklif edir.Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.Məruzədə avtomobil yollarının, parklama yerlərinin və səkilərin yenidən qurulması, o cümlədən müxtəlif təmir-bərpa işlərinin aparılması, habelə tədbirlərin keçirilməsi zamanı nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilinə diqqətin artırılması, bu barədə yol hərəkəti iştirakçılarının qabaqcadan kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə, habelə həmin ərazilərdə müvafiq xəbərdaredici nişanlar və məlumat lövhələri quraşdırılmaqla məlumatlandırılmasına diqqətin artırılması təklif edilir.Ombudsman ödənişli parklama yerləri üçün (özəl parklama yerləri istisna olmaqla) 8, 12 və 24 saatlıq abunə paketləri müəyyən edilməklə "Vahid parklama kartı" (vahid ödəniş aparmaqla abunə dövrü ərzində bütün ödənişli parklama yerlərindən istifadəyə imkan verən) sisteminin tətbiqini tövsiyə edir.Qeyd edək ki, bir müddət öncə Bakıda 1000-ə yaxın sürücü və 35-ə yaxın "parkovşik" cərimələnib. Onu da qeyd edək ki, şəhərdə parklama yerlərinin məhdud olması, bir çox hallarda gərəksiz yerə dayanma-durma nişanlarının qoyulması sürücülərdə narazılıq yaradır. Onlar qeyd edirlər ki, şəhərdə avtomobillərin parklanması üçün müvafiq yerlər yaratmadan hamınını kütləvi şəkildə cərimə edilməsi, sürücü hüquqlarının pozulmasıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41110/00/411100068_141:0:1836:1271_1920x0_80_0_0_05bfa7e435f39bc7dd2371e94610b2f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
parklama yerlərinin və səkilərin yenidən qurulması təklif edilir
parklama yerlərinin və səkilərin yenidən qurulması təklif edilir
Azərbaycanda "Vahid parklama kartı" sisteminin tətbiqi təklif olunur
Ombudsman ödənişli parklama yerləri üçün 8, 12 və 24 saatlıq abunə paketləri müəyyən edilməklə "Vahid parklama kartı" sisteminin tətbiqini tövsiyə edir.
BAKI, 28 fevral — Sputnik. Ombudsman ödənişli parklama yerləri üçün "Vahid parklama kartı" sisteminin tətbiq edilməsini təklif edir.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Məruzədə avtomobil yollarının, parklama yerlərinin və səkilərin yenidən qurulması, o cümlədən müxtəlif təmir-bərpa işlərinin aparılması, habelə tədbirlərin keçirilməsi zamanı nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilinə diqqətin artırılması, bu barədə yol hərəkəti iştirakçılarının qabaqcadan kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə, habelə həmin ərazilərdə müvafiq xəbərdaredici nişanlar və məlumat lövhələri quraşdırılmaqla məlumatlandırılmasına diqqətin artırılması təklif edilir.
Ombudsman ödənişli parklama yerləri üçün (özəl parklama yerləri istisna olmaqla) 8, 12 və 24 saatlıq abunə paketləri müəyyən edilməklə "Vahid parklama kartı" (vahid ödəniş aparmaqla abunə dövrü ərzində bütün ödənişli parklama yerlərindən istifadəyə imkan verən) sisteminin tətbiqini tövsiyə edir.
Qeyd edək ki, bir müddət öncə Bakıda 1000-ə yaxın sürücü və 35-ə yaxın "parkovşik" cərimələnib. Onu da qeyd edək ki, şəhərdə parklama yerlərinin məhdud olması, bir çox hallarda gərəksiz yerə dayanma-durma nişanlarının qoyulması sürücülərdə narazılıq yaradır. Onlar qeyd edirlər ki, şəhərdə avtomobillərin parklanması üçün müvafiq yerlər yaratmadan hamınını kütləvi şəkildə cərimə edilməsi, sürücü hüquqlarının pozulmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.