CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın İqtisadiyyat və Xarici işlər nazirlərinə yeni vəzifə verildi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında Birgə hökumətlərarası komissiyanın sədrini, eləcə də Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının həmsədrini dəyişib.
BAKI, 7 iyul - Sputnik. Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə dəyişiklik edilib.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri dəyişib.
Bundan əvvəl komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini idi. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının iqtisadiyyat naziri bu komissiyanın sədri olacaq.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində də dəyişiklik edilib.
Sərəncama əsasən, komissiyanın Azərbaycan tərəfdən həmsədri artıq iqtisadiyyat naziri deyil, xarici işlər naziri olacaq.
Xəbər lenti
0