https://sputnik.az/20220707/azerbaycanda-daha-uc-radio-yayimcisi-lisenziyasinin-alinmasi-ucun-musabiqe-elan-edilib-443811839.html
Azərbaycanda daha üç radio yayımçısı lisenziyasının alınması üçün müsabiqə elan edilib
Azərbaycanda daha üç radio yayımçısı lisenziyasının alınması üçün müsabiqə elan edilib
Sputnik Azərbaycan
Audiovizual Şura üzvləri yeni ümumölkə yerüstü radio yayımçılarının fəaliyyətinin mümkünlüyü qənaətinə gəliblər. 07.07.2022, Sputnik Azərbaycan
2022-07-07T18:55+0400
2022-07-07T18:55+0400
2022-07-07T18:55+0400
azərbaycan xəbərləri
audiovizual
radio
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434546847_0:104:2000:1229_1920x0_80_0_0_6fe1deb23e739aaae8c4d6e164e0a952.jpg
BAKI, 7 iyul - Sputnik. Bu gün Audiovizual Şura növbəti iclasını keçirib.Şuranın yaydığı xəbərə görə, iclasda radio yayımı üçün yararlı olan, boş radiotezliklərin istifadəsi məsələsinə baxılıb. İclasda bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ölkə üzrə mövcud olan radio-televiziya yayım stansiyalarından radio yayımın həyata keçirilməsi üçün istifadəyə yararlı radiotezliklərin siyahısını Şuraya təqdim edib.Alınan bu məlumatlar əsasında Şura aparatının Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin və Dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri zəruri monitorinqlər həyata keçirib, yoxlamalar aparıblar.İclasda bununla bağlı Şura üzvlərinə məlumat verilib, alınan məlumatlar əsasında Şura üzvləri yeni ümumölkə yerüstü radio yayımçılarının fəaliyyətinin mümkünlüyü qənaətinə gəliblər. Aparılan müzakirələrdən sonra yayım üçün yararlı radiotezlik resurslarından səmərəli istifadə olunmasını təmin etmək, həmçinin, ümumölkə miqyasında radio yayımında müxtəlifliyin inkişafına nail olmaq məqsədilə 3 yeni ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün “Media haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci, 50.1.3-cü və 51.1-ci maddələrinin tələblərinə uyğun olaraq ayrı-ayrı müsabiqələrin elan edilməsi barədə qərarlar qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434546847_112:0:1889:1333_1920x0_80_0_0_dcaa4da3e2e00631bf2989f32d9c8494.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
audiovizual, radio
Azərbaycanda daha üç radio yayımçısı lisenziyasının alınması üçün müsabiqə elan edilib
Audiovizual Şura üzvləri yeni ümumölkə yerüstü radio yayımçılarının fəaliyyətinin mümkünlüyü qənaətinə gəliblər.
BAKI, 7 iyul - Sputnik. Bu gün Audiovizual Şura növbəti iclasını keçirib.
Şuranın yaydığı xəbərə görə, iclasda radio yayımı üçün yararlı olan, boş radiotezliklərin istifadəsi məsələsinə baxılıb. İclasda bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ölkə üzrə mövcud olan radio-televiziya yayım stansiyalarından radio yayımın həyata keçirilməsi üçün istifadəyə yararlı radiotezliklərin siyahısını Şuraya təqdim edib.
Alınan bu məlumatlar əsasında Şura aparatının Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin və Dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri zəruri monitorinqlər həyata keçirib, yoxlamalar aparıblar.
İclasda bununla bağlı Şura üzvlərinə məlumat verilib, alınan məlumatlar əsasında Şura üzvləri yeni ümumölkə yerüstü radio yayımçılarının fəaliyyətinin mümkünlüyü qənaətinə gəliblər. Aparılan müzakirələrdən sonra yayım üçün yararlı radiotezlik resurslarından səmərəli istifadə olunmasını təmin etmək, həmçinin, ümumölkə miqyasında radio yayımında müxtəlifliyin inkişafına nail olmaq məqsədilə 3 yeni ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün “Media haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci, 50.1.3-cü və 51.1-ci maddələrinin tələblərinə uyğun olaraq ayrı-ayrı müsabiqələrin elan edilməsi barədə qərarlar qəbul edilib.