CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad olunmuş ərazilərdəki yaylaqlara heyvan təsərrüfatlarının köç statistikası

© Photo : Ministry of Agriculture (Azerbaijan)Переселение овцеводческих хозяйств в Карабах
Переселение овцеводческих хозяйств в Карабах - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
Ümumilikdə Kəlbəcər və Laçın yaylaqlarına 940 qoyunçuluq təsərrüfatı köç edib.
BAKI, 7 iyul — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçü başa çatmaq üzrədir.
Köç prosesi müvafiq dövlət qurumları ilə razılaşdırılmış vahid reqlament əsasında həyata keçirilir. Reqlamentə əsasən, azad edilmiş bölgələrdən olan, təsərrüfatında ən azı 200 baş xırdabuynuzlu heyvan və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş 40 arı ailəsi olan fermer mövsüm dövründə öz təsərrüfatını azad olunmuş ərazilərdəki yaylaqlara köçürmək üçün elektron müraciət edə bilər. Yaylaqlara təsərrüfatdakı xırdabuynuzlu heyvanların 10 faizi həcmində iribuynuzlu heyvan aparmağa da icazə verilib. Təsərrüfatın rəhbəri özü ilə şəxsi seçimi əsasında müəyyən etdiyi maksimum 9 köməkçi aparmaq hüququna malikdir. Köçdən əvvəl müraciətləri təsdiqlənmiş fermerlərə ANAMA-nın Göygöldə yerləşən Təlim Mərkəzində müvafiq təhlükəsizlik və davranş qaydaları ilə bağlı təlim keçirilib. Azad olunmuş ərazilərdə təhlükəkəsizlik qaydaları ilə tanış olduqlarına dair sertifikat almış fermerlərə öz təsərrüfatlarını müəyyən olunmuş müddət ərzində yaylaqlara köçürməyə icazə verilib. Yaylaqlara köçlə bağlı elektron müraciət üçün iki ay vaxt ayrılıb, müraciətlərin təsdiqlənməsi və adların portala daxil edilməsi müddəti iyun ayının əvvəllərində başa çatıb.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Yaylaqlara heyvan təsərrüfatlarının köçü
Переселение овцеводческих хозяйств в Карабах - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Yaylaqlara heyvan təsərrüfatlarının köçü
İyulun 1-dək azad olunmuş ərazilərdəki yaylaqlara ümumilikdə 329166 xırdabuynuzlu, 23794 iribuynuzlu, 831 digər heyvanın (at, it, eşşək və s.) köçürülməsi təmin edilib. Ümumilikdə Kəlbəcər və Laçın yaylaqlarına 940 qoyunçuluq təsərrüfatı köç edib.
Bu il Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarındakı yaylaqlara 1101 arıçı tərəfindən 61045 arı ailəsi aparılıb.
Ümumilikdə 2022-ci il yaylaq mövsümündə 17406 şəxsin fermer təsərrüfatlarının tərkibində azad olunmuş ərazilərdəki yaylaqlara getməsinə icazə verilib.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Yaylaqlara heyvan təsərrüfatlarının köçü
Переселение овцеводческих хозяйств в Карабах - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Yaylaqlara heyvan təsərrüfatlarının köçü
Qeyd edək ki, ötən il Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində qoyunçuluq və arıçılıq təsərrüfatlarının yalnız Kəlbəcər və Laçın rayonlarına köçürülməsinə şərait yaradılmışdı. Bu il köç prosesinin miqyası genişləndirilib, təkcə Kəlbəcər və Laçından deyil, digər azad edilmiş ərazilərdən olan fermerlərin də öz təsərrüfatlarını doğma yaylaqlara aparmasına icazə verilib. Zəngin bitki örtüyü və yem potensialı olması səbəbilə qoyunçuluq təsərrüfatlarının yalnız Kəlbəcər və Laçın yaylaqlarına, arıçılıq təsərrüfatlarının isə fermerin öz rayonunda yerləşən yaylaqlara aparılmasına şərait yaradılıb. Bundan başqa reqlamentə əsasən, respublika üzrə damazlıq arıçılıq və qoyunçuluq təsərrüfatlarının da azad olunmuş ərazilərdəki yaylaqlara köçü həyata keçirilib.
Reqlamentə əsasən, yaylaq mövsümü sentyabrın əvvəllərində başa çatacaq.
Xəbər lenti
0