Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Avropaya kabus yenidən dönüb

© AP Photo / Gregorio Borgiaİtaliyada tibbi maskada olan insanlar
İtaliyada tibbi maskada olan insanlar - Sputnik Azərbaycan, 1920, 07.07.2022
Abunə olmaq
Avropa Dərman Agentliyinin departament rəhbəri Marko Kavaleri bildirib ki, Avropanın bir sıra ölkələrini SARS-CoV-2 koronavirusunun yeni dalğası bürüyüb.
BAKI, 7 iyul - Sputnik. Avropanın bir sıra ölkələrini SARS-CoV-2 koronavirusunun yeni dalğası bürüyüb.
Bunu Avropa Dərman Agentliyinin departament rəhbəri Marko Kavaleri bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, infeksiyanın yayılmasına son dərəcə yoluxucu olan "omikron" ştamının - BA.4 və BA.5 alt növləri səbəb olur.
"Avropa ölkələrində BA.4 və BA.5 variantlarının dominant olacağı gözlənilir və çox güman ki, iyulun sonuna kimi bütün digər variantları sıxışdıracaq", - Kavaleri bildirib.
Mütəxəssisin sözlərinə görə, hazırda "omikron" ştamının bu yarımtiplərinin ağır xəstəlik riskinin artmasına dair heç bir sübut yoxdur, lakin yaşlılar arasında yoluxma hallarının sayı artır ki, bu da ağırlaşmaya səbəb olur (Report).
Полицейский в защитном костюме возле моста в Шанхае, Китай - Sputnik Azərbaycan, 1920, 12.06.2022
SƏHİYYƏ
Koronavirus dünyada ən çox hansı ölkələrə ziyan vurub?
Xəbər lenti
0