https://sputnik.az/20220706/yanginlarin-qarsisini-tez-almagin-yolu-dagliq-erazilerde-suni-goller-yaradilib-443742356.html
Yanğınların qarşısını tez almağın yolu: Dağlıq ərazilərdə süni göllər yaradılıb
Yanğınların qarşısını tez almağın yolu: Dağlıq ərazilərdə süni göllər yaradılıb
Sputnik Azərbaycan
Aqşin Kazımov bildirib ki, süni göllərdən helikopterlərin su götürməsi daha asan və səmərəli olacaq. 06.07.2022, Sputnik Azərbaycan
2022-07-06T13:43+0400
2022-07-06T13:43+0400
2022-07-06T13:46+0400
fhn
cəmiyyət
dağ
göl
yanğın
https://cdnn1.img.sputnik.az/img/41653/17/416531744_0:0:4128:2322_1920x0_80_0_0_cd8dd63713209d4794216449ec47997a.jpg
BAKI, 6 iyul — Sputnik. Dağ silsiləsində baş verən yanğınların qarşısını daha tez almaq məqsədilə helikopterlərin su götürməsini asanlaşdırmaq üçün süni göllər yaradılıb.Bunu Bərdədə yanğın təhlükəsizliyi ilə bağlı keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Aqşin Kazımov bildirib.Onun sözlərinə görə, bu göllər meşə yanğınlarının qarşısının alınmasında daha səmərəli olacaq:"Meşələrdə baş verən yanğınların qarşısının alınması məqsədilə, görülən tədbirlərin daha da effektli olması üçün dağ-meşə zolaqlarında helikopterlərin su götürməsini asanlaşdırmaq üçün xüsusi hovuzlar hazırlanıb. Bu hovuzların su ehtiyatı təbii su mənbələri hesabına ödəniləcək. Dağ silsiləsində baş verən fövqəladə hallar zamanı toplanan su ehtiyatından daha səmərəli istifadə etmək mümkün olacaq. Dağ silsiləsində baş verən yanğınların söndürülməsi üçün texniki vəsaitlərdən istifadə çətin olduğuna görə əsasən havadan müdaxilə etmək zərurəti yaranır. Bu cür süni göllərdən helikopterlərin su götürməsi daha asan və səmərəli olacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41653/17/416531744_516:0:3612:2322_1920x0_80_0_0_f5e01a31b53deb4251b59c07cf1e2a13.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fhn, dağ, göl, yanğın
Yanğınların qarşısını tez almağın yolu: Dağlıq ərazilərdə süni göllər yaradılıb
13:43 06.07.2022 (Yenilənib: 13:46 06.07.2022) Aqşin Kazımov bildirib ki, süni göllərdən helikopterlərin su götürməsi daha asan və səmərəli olacaq.
BAKI, 6 iyul — Sputnik. Dağ silsiləsində baş verən yanğınların qarşısını daha tez almaq məqsədilə helikopterlərin su götürməsini asanlaşdırmaq üçün süni göllər yaradılıb.
Bunu Bərdədə yanğın təhlükəsizliyi ilə bağlı keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Aqşin Kazımov bildirib.
Onun sözlərinə görə, bu göllər meşə yanğınlarının qarşısının alınmasında daha səmərəli olacaq:
"Meşələrdə baş verən yanğınların qarşısının alınması məqsədilə, görülən tədbirlərin daha da effektli olması üçün dağ-meşə zolaqlarında helikopterlərin su götürməsini asanlaşdırmaq üçün xüsusi hovuzlar hazırlanıb. Bu hovuzların su ehtiyatı təbii su mənbələri hesabına ödəniləcək.
Dağ silsiləsində baş verən fövqəladə hallar zamanı toplanan su ehtiyatından daha səmərəli istifadə etmək mümkün olacaq. Dağ silsiləsində baş verən yanğınların söndürülməsi üçün texniki vəsaitlərdən istifadə çətin olduğuna görə əsasən havadan müdaxilə etmək zərurəti yaranır. Bu cür süni göllərdən helikopterlərin su götürməsi daha asan və səmərəli olacaq".