CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xanoba ərazisində avtomobil tunelinin tikintisi yekunlaşıb - Foto

© Azerbaijan Highway State Agency“Xanoba” keçid məntəqələri
“Xanoba” keçid məntəqələri  - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Abunə olmaq
Aparılan işlər çərçivəsində mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması, genişləndirilməsi, kommunikasiya xətlərinin köçürülməsi, suötürücü boruların tikintisi tamamlanıb
BAKI, 6 iyul — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində "Xanoba""Samur" sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri çərçivəsində Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisini yekunlaşdırıb.
Bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, aparılan işlər çərçivəsində mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması, genişləndirilməsi, kommunikasiya xətlərinin köçürülməsi, suötürücü boruların tikintisi tamamlanıb.
Artıq yol əsası hazır olan 16 km-lik hissədə yeni asfalt-beton örtüyünün alt layı döşənib, hazırda bu hissədə yol çiyinlərinin hamarlanması işləri aparılır.
Eyni zamanda layihə üzrə Xan Arxı və Samur-Abşeron su kanalı üzərində körpülərin, Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 yol ötürücüsünün tikintisi başa çatdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0