https://sputnik.az/20220706/qtisadci-azerbaycanda-inflyasiyanin-artmasinin-sebeblerini-aciqlayir-443764896.html
İqtisadçı Azərbaycanda inflyasiyanın artmasının səbəblərini açıqlayır
İqtisadçı Azərbaycanda inflyasiyanın artmasının səbəblərini açıqlayır
Sputnik Azərbaycan
Son bir ildə Azərbaycanda ərzaq məhsullarının qiyməti xeyli artıb. Ölkədə inflyasiyanın səbəbləri haqqında ətraflı videomuzda. 06.07.2022, Sputnik Azərbaycan
2022-07-06T19:45+0400
2022-07-06T19:45+0400
2022-07-06T19:45+0400
video
qiymət artımı
inflyasiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/07/06/443764499_0:0:1920:1080_1920x0_80_0_0_a7c6df35a007be1dcf60bcdffff79c01.jpg
BAKI, 6 iyul — Sputnik. Azərbaycanda bu cür qiymət artımı 2015-2016-cı illərdə - devalvasiya proseslərindən sonra müşahidə olunub. Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a müsahibəsində bildirib.Rəsmi məlumatlara görə, ölkədə ərzaq inflyasiyası 20 faizdən yuxarıdır ki, bu da insanların alıcılıq qabiliyyətini aşağı salır, xüsusilə də az təminatlı təbəqə arasında sosial problemlər yaradır.Ekspertin sözlərinə görə, Azərbaycan daxili ərzaq ehtiyacının 50 faizini özü təmin edir, lakin yerli istehsalçılar da xammalı başqa ölkələrdən alırlar.Cəfərli hesab edir ki, qiymət artımına bir sıra ilkin zəruri mallara gömrük rüsumlarının yüksək olması da təsir edir.Sputnik Azərbaycan-ın həmsöhbəti vurğulayıb ki, son bir ildə dövlətin gəlirləri artsa da, inflyasiya prosesləri əhalinin gəlirlərini "yeyir".Ekspert əmindir ki, xarici və daxili investisiyalara ehtiyac var, bunun üçün isə ölkədə investisiya mühitini yaxşılaşdırmaq lazımdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Orxan Xəlilov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241290_0:0:354:355_100x100_80_0_0_771688c3ee142adb81fcfe8850775b0a.jpg
Orxan Xəlilov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241290_0:0:354:355_100x100_80_0_0_771688c3ee142adb81fcfe8850775b0a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/06/443764499_265:0:1705:1080_1920x0_80_0_0_ab4cd721770153b4643c05865aff4538.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Orxan Xəlilov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241290_0:0:354:355_100x100_80_0_0_771688c3ee142adb81fcfe8850775b0a.jpg
qiymət artımı, inflyasiya, azərbaycan, видео
qiymət artımı, inflyasiya, azərbaycan, видео
İqtisadçı Azərbaycanda inflyasiyanın artmasının səbəblərini açıqlayır
Son bir ildə Azərbaycanda ərzaq məhsullarının qiyməti xeyli artıb. Ölkədə inflyasiyanın səbəbləri haqqında ətraflı videomuzda.
BAKI, 6 iyul — Sputnik. Azərbaycanda bu cür qiymət artımı 2015-2016-cı illərdə - devalvasiya proseslərindən sonra müşahidə olunub. Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
Rəsmi məlumatlara görə, ölkədə ərzaq inflyasiyası 20 faizdən yuxarıdır ki, bu da insanların alıcılıq qabiliyyətini aşağı salır, xüsusilə də az təminatlı təbəqə arasında sosial problemlər yaradır.
Ekspertin sözlərinə görə, Azərbaycan daxili ərzaq ehtiyacının 50 faizini özü təmin edir, lakin yerli istehsalçılar da xammalı başqa ölkələrdən alırlar.
Cəfərli hesab edir ki, qiymət artımına bir sıra ilkin zəruri mallara gömrük rüsumlarının yüksək olması da təsir edir.
"Ölkədə ÜDM-nin artımı çox əhəmiyyətlidir, bunu makroiqtisadi göstəricilərdən də görmək olar: ölkənin valyuta ehtiyatları artır, neft və qazın satışından əldə olunan gəlirlər çoxalır".
Sputnik Azərbaycan-ın həmsöhbəti vurğulayıb ki, son bir ildə dövlətin gəlirləri artsa da, inflyasiya prosesləri əhalinin gəlirlərini "yeyir".
Ekspert əmindir ki, xarici və daxili investisiyalara ehtiyac var, bunun üçün isə ölkədə investisiya mühitini yaxşılaşdırmaq lazımdır.
"Qəribədir ki, milli valyutanın sabitliyi daxili istehsalın idxaldan baha olmasına şərait yaradır. Mən manatın devalvasiyasının tərəfdarı deyiləm, amma daxili istehsalın inkişafı üçün yeni stimullar və vergi məcəlləsinə düzəlişlərə ehtiyac var", - deyə Cəfərli fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.