CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub

© Official website of President of Azerbaijan RepublicPrezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub
Prezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Abunə olmaq
Qəsəbədə görülən abadlıq işləri ilə tanış olan dövlət başçısı sakinlərlə həmsöhbət olub.
BAKI, 6 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub.
"Bakı Abadlıq Xidməti" MMC-nin baş direktoru Bünyad Qasımov qəsəbədə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
O bildirib ki, həmin ərazidə olan işıqlandırma yerli, Azərbaycanda istehsal olunan divarüstü işıqlardır:

"Bütün kənd 100 faiz tam işıqlıdır. Qəsəbədə 300 iş yeri artıq mövcuddur. İlin sonuna qədər 450-yə qədər iş yeri açdıraq".

© Official website of President of Azerbaijan RepublicPrezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub
Президент Ильхам Алиев ознакомился с работами по благоустройству в поселке Рамана - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Prezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub
Baş direktor onu da bildirib ki, Ramana qəsəbəsində yenidənqurma işləri yekunlaşıb, qəsəbədaxili yollar asfaltlanıb, divar və dam örtükləri yenilənib, küçələrin işıqlandırılması həyata keçirilib. Qəsəbənin Həsənbəy Zərdabi, Xanlar, Mirzəağa Əliyev, Əbdürrəhman bəy Haqverdiyev və qəbiristanlıq ətrafı küçələri tamamilə yenilənib. Həmçinin ərazi tullantılardan təmizlənib.
Diqqətə çatdırıldı ki, Ramana qəsəbəsi Abşeron ərazisində turizm marşrutlarına daxil edilə biləcək abidələrlə zəngindir. Onlardan biri qəsəbənin girişində əzəməti ilə diqqəti cəlb edən, XII-XIV əsrlərə aid olduğu bildirilən Ramana qalası yüksək nöqtədə yerləşir.
Ehtimal edilir ki, divarlarının hündürlüyü 15 metr olan qala müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Məşhur "Koroğlu", "Nəsimi" və "Babək" filmlərinin müəyyən səhnələri Ramana qalasında çəkilib.
Dövlətimizin başçısı qalada aparılan bərpa işləri ilə tanış olub
Ramananın qədim abidələrindən biri də Novruzqulu hamamıdır. Prezident İlham Əliyevə bu qədim hamam barədə də məlumat verildi. Bildirildi ki, keçmişdə hamamda dörd quyu fəaliyyət göstərsə də, indi onlardan üçü mövcuddur. Novruzqulu Babakişi oğlunun adını daşıyan hamam Abşeron yarımadasında yeganə tikilidir ki, onun sənədləri toplanıb və təsdiqlənib. Hamamın binasında keyfiyyətli bərpa işləri görülüb.
© Official website of President of Azerbaijan RepublicPrezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub
Президент Ильхам Алиев ознакомился с работами по благоустройству в поселке Рамана - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Prezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub
Qeyd edilib ki, Ramanada yenidənqurma işləri zamanı ətraf mühitin qorunması, qəsəbənin ekoloji vəziyyəti prioritet məsələlərdən biri olub.
Dövlətimizin başçısına Ramanada əhalinin məşğulluğunun artırılması sahəsində görülən işlər barədə də məlumat verildi. Qeyd edildi ki, qəsəbədə xalçaçılıq müəssisəsi və satış mağazası açılıb. Yaradılan yeni iaşə və xidmət obyektlərində məhsulların istehsalı və satışı həyata keçirilir. Bu obyektlər müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onların rahatlığını təmin etmək üçün zəruri vasitələr və avadanlıqlarla təchiz olunub.
© Official website of President of Azerbaijan RepublicPrezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub
Президент Ильхам Алиев ознакомился с работами по благоустройству в поселке Рамана - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Prezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub
Məlumat verilib ki, Pirşağıda hazırlanan quru meyvələrin satışı da Ramanada həyata keçiriləcək. Səyyar satış obyektləri və köşklərin quraşdırılması ilə məşğulluğun artırılmasına nail olmaq, həmçinin yerli əhali və turistlərin ehtiyaclarını qarşılamaq mümkündür.
Ramanada reallaşdırılan layihələrdən biri də vertikal bağçılıq layihəsidir. Layihənin məqsədi özünəməşğulluğun artırılmasına, aztəminatlı ailələrin daha çox gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların genişləndirilməsinə, bitkiçiliyin və kənd təsərrüfatı məhsulları emalının inkişafına töhfə verməkdir.
Ramana həm də ovdanları ilə məşhurdur
Qəsəbədə bərpaolunan tarixi abidələrdən biri də el arasında 40 pillə adlanan su ovdanıdır. Azərbaycan ərazisində, Abşeron yarımadasında və ona qonşu ərazilərdə ovdanlara daha çox təsadüf edilir. Bu yerlərdə içməli su mənbələri çox az olduğundan XVI-XVIII əsrlərdə içmək üçün yararlı olan lay sularından istifadə edilməsi məsələsi aktuallaşıb və ovdanlar yaradılıb. Bu qurğuların tikintisi XX əsrə qədər davam edib.
© Official website of President of Azerbaijan RepublicPrezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub
Президент Ильхам Алиев ознакомился с работами по благоустройству в поселке Рамана - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Prezident Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub
Prezident İlham Əliyevə su ovdanında görülən təmir-bərpa işləri barədə məlumat verilib. Ramana sakinlərinin həm sağlam həyat tərzi, həm də asudə vaxtlarını səmərəli keçirmələri üçün qəsəbədə İdman Mərkəzi inşa olunub. Mərkəzdə qapalı idman zalı, minifutbol meydançası yaradılıb.
Daha sonra dövlətimizin başçısı Ramana İdman Mərkəzində yaradılan şəraitlə də tanış olub. Bundan başqa, prezident Ramanadakı yeni abadlaşdırılmış evlərdən birinin həyətində qəsəbə sakini ilə söhbət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0