NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

OPEC-in baş katibi vəfat edib

© Sputnik / Murad OrujovOPEC-in baş katibi Məhəmməd Barkindo
OPEC-in baş katibi Məhəmməd Barkindo - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Abunə olmaq
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Məhəmməd Sanusi Barkindonun vəfatı ilə bağlı başsağlığı verib.
BAKI, 6 iyul — Sputnik. OPEC-in baş katibi Məhəmməd Barkindo Nigeriyada vəfat edib. Nigeriya Milli Dövlət Neft Şirkətinin idarəedici direktoru Mele Kyari "Twitter" hesabında Barkindonun ötən gecə 63 yaşında vəfat etdiyini yazıb.
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Məhəmməd Sanusi Barkindonun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlında bildirilib:
"Ən mürəkkəb dövrdə neft bazarının tənzimlənməsində əvəzsiz xidmətləri olan əziz dostum M.S.Barkindonun vəfatı məni çox kədərləndirdi".
Onun sözlərinə görə, M.S.Barkindo OPEC tarixində iz qoyub: "Onun tərcümeyi-halı OPEC-in tarixçəsi oldu. OPEC ilə həmyaşıd olması, təşkilatın intibahının onun baş katibliyi illərinə təsadüf etməsi, OPEC-dəki və həyatdakı missiyasını eyni vaxtda başa vurması nadir rast gəlinən qanunauyğunluq idi.
Xəbər lenti
0