https://sputnik.az/20220706/ki-genc-suda-boguldu-meyitleri-axtarilir-443764040.html
İki gənc suda boğuldu, meyitləri axtarılır
İki gənc suda boğuldu, meyitləri axtarılır
Sputnik Azərbaycan
Bu gün Xəzər dənizinin Xaçmaz sahilində və Kür çayının Qazax rayonu Yuxarı Salahlı kəndindən keçən hissəsində boğulma hadisələri baş verib. 06.07.2022, Sputnik Azərbaycan
2022-07-06T17:14+0400
2022-07-06T17:14+0400
2022-07-06T17:14+0400
hadisə
xəzər
boğulma
uşaqlar
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443532518_0:104:2000:1229_1920x0_80_0_0_aaf2de21672a1240a85c1414068ac698.jpg
BAKI, 6 iyul — Sputnik. Xaçmazda dənizdə bir nəfər batıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilən məlumata əsasən, "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.Xəzər dənizinin Xaçmaz sahilində dənizdə batan şəxsin kimliyi məlum olub. Dənizdə batan şəxs Ağdam rayonunun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü Məstənov Nahid Vüqar oğludur. Hadisə Nabran kəndi ərazisində baş verib. Onun axtarışları davam etdirilir.Bu gün daha bir analoji hadisə Qazaxda baş verib. Həmin bölgədə 16 yaşlı yeniyetmə Kür çayında batıb. 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlu Kürün Qazax rayonu Yuxarı Salahlı kəndindən keçən hissəsində boğulub.Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər, yeniyetmənin meyitinin axtarışları aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443532518_112:0:1889:1333_1920x0_80_0_0_1e5278b3880a8583934551a7bbca95b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəzər, boğulma, uşaqlar
İki gənc suda boğuldu, meyitləri axtarılır
Bu gün Xəzər dənizinin Xaçmaz sahilində və Kür çayının Qazax rayonu Yuxarı Salahlı kəndindən keçən hissəsində boğulma hadisələri baş verib.
BAKI, 6 iyul — Sputnik. Xaçmazda dənizdə bir nəfər batıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilən məlumata əsasən, "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Xəzər dənizinin Xaçmaz sahilində dənizdə batan şəxsin kimliyi məlum olub. Dənizdə batan şəxs Ağdam rayonunun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü Məstənov Nahid Vüqar oğludur. Hadisə Nabran kəndi ərazisində baş verib. Onun axtarışları davam etdirilir.
Bu gün daha bir analoji hadisə Qazaxda baş verib. Həmin bölgədə 16 yaşlı yeniyetmə Kür çayında batıb. 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlu Kürün Qazax rayonu Yuxarı Salahlı kəndindən keçən hissəsində boğulub.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər, yeniyetmənin meyitinin axtarışları aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.