https://sputnik.az/20220706/etsn-ictimai-iase-obyektlerini-temizleyici-qurgulara-nezaret-etmeye-cagirib-443762344.html
ETSN ictimai-iaşə obyektlərini təmizləyici qurğulara nəzarət etməyə çağırıb
ETSN ictimai-iaşə obyektlərini təmizləyici qurğulara nəzarət etməyə çağırıb
Sputnik Azərbaycan
Paytaxt və Sumqayıt ərazisində fəaliyyət göstərən bir sıra restoranlar cərimələnib. 06.07.2022, Sputnik Azərbaycan
2022-07-06T19:59+0400
2022-07-06T19:59+0400
2022-07-06T19:59+0400
restoran
cəmiyyət
cərimə
etsn
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434007743_0:321:3071:2048_1920x0_80_0_0_ca688e5a4b7153c40bc5b599a77a6040.jpg
BAKI, 6 iyul — Sputnik. Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlardan havaya normadan artıq tullantı atılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, təmizləyici qurğulara texniki xidmət göstərilməsi ilə bağlı xəbərdarlıqlara məhəl qoymayan ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, keçirilən növbəti monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərinin Binəqədi və Nizami rayonları ərazisində fəaliyyət göstərən "Pink House", "Kişmiş", "Sonalar Sonası", "Üzeyir", "Hissa", "Qızıl Qaya" və "Qızıl Buta" restoranlarından, eyni zamanda Sumqayıt şəhərində fəaliyyət göstərən "Yaşıl Bağ" iaşə obyektindən havaya normadan artıq tullantı atılması, atmosferin kanserogen maddələrlə çirkləndirilməsi müəyyən olunub."Faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən sözügedən restoran və şadlıq saraylarının istismarçıları barəsində protokol tərtib olunaraq cərimə tətbiq edilib. İctimai-iaşə obyektlərinin istismarçılarına bir daha çağırış edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər".Ölkə ərazisində monitorinq və nəzarət tədbirləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434007743_0:0:2731:2048_1920x0_80_0_0_f45f8c4fc5f4586169e518a18cfe7a3d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
restoran, cərimə, etsn
ETSN ictimai-iaşə obyektlərini təmizləyici qurğulara nəzarət etməyə çağırıb
Paytaxt və Sumqayıt ərazisində fəaliyyət göstərən bir sıra restoranlar cərimələnib.
BAKI, 6 iyul — Sputnik. Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlardan havaya normadan artıq tullantı atılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, təmizləyici qurğulara texniki xidmət göstərilməsi ilə bağlı xəbərdarlıqlara məhəl qoymayan ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.
Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, keçirilən növbəti monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərinin Binəqədi və Nizami rayonları ərazisində fəaliyyət göstərən "Pink House", "Kişmiş", "Sonalar Sonası", "Üzeyir", "Hissa", "Qızıl Qaya" və "Qızıl Buta" restoranlarından, eyni zamanda Sumqayıt şəhərində fəaliyyət göstərən "Yaşıl Bağ" iaşə obyektindən havaya normadan artıq tullantı atılması, atmosferin kanserogen maddələrlə çirkləndirilməsi müəyyən olunub.
"Faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən sözügedən restoran və şadlıq saraylarının istismarçıları barəsində protokol tərtib olunaraq cərimə tətbiq edilib. İctimai-iaşə obyektlərinin istismarçılarına bir daha çağırış edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər".
Ölkə ərazisində monitorinq və nəzarət tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.