Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Ekstremal şəraitdə jurnalistlər özlərini necə qorumalıdırlar? - MN təlimlər keçir

© Sputnik / Shahperi Abbasova"Konflikt jurnalistikası məktəbi" layihəsi üzrə təlimlər
Konflikt jurnalistikası məktəbi layihəsi üzrə təlimlər  - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Abunə olmaq
Jurnalistlərə sülhməramlı qüvvələrin təyinatı və yerinə yetirdiyi missiyalar, həmçinin, müxtəlif ölkələrdə vəzifə öhdəlikləri haqda da məlumat verilib.
BAKI, 6 iyul — Sputnik. Müdafiə Nazirliyinin dəstəyi ilə Silahlı Qüvvələrin bazasında "Konflikt jurnalistikası məktəbi" layihəsi çərçivəsində növbəti təlimlər başlayıb.
Bununla bağlı tədbirdə çıxış edən layihə rəhbəri Əlisəfa Mehdiyev belə təlimlərin keçirilməsinin məqsədi barədə danışıb. O, jurnalistlərin bu istiqamətdə təcrübə toplamasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, ekstremal şəraitdə jurnalistlərin özünü qoruması və baş verən hadisələr haqqında ilkin mənbədən, dolğun və dəqiq informasiyalar alıb, cəmiyyətə çatdırmasının öyrədilməsi məqsədi daşıyan layihə çərçivəsində keçirilən nəzəri və praktiki təlimlər, ekstremal jurnalistikanın qaydalar bazasının yaradılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına istiqamətlənib.
Bu təlimi daha yaxşı qavramaq üçün jurnalistlərin yaşayışı N saylı hərbi hissənin nizam qaydasına uyğun təşkil olunub.
Burada həmçinin, Vətən müharibəsi qəhrəmanı, general-mayor Kənan Seyidovla görüş təşkil olunub.
Hərbi nizamnamələrlə tanışlıq olub, jurnalistlərə kəşfiyyat aparılması qaydaları zamanı davranış qaydaları izah edilib. İlkin tibbi yardımın göstərilməsi qaydaları da həm nəzəri, həm də praktiki şəkildə göstərilib. Daha sonra minalarla tanışlıq və minalı sahələrdə davranış qaydaları mövzusunda təlim keçirilib. Jurnalistlərə zirehli texnikalar nümayiş olunub və döyüş şəraitində həmin texnikalarla təxliyə qaydası izah edilib. Sülhməramlı qüvvələrin təyinatı və yerinə yetirdiyi missiyalar, həmçinin, müxtəlif ölkələrdə vəzifə öhdəlikləri haqda məlumat verilib. Kiçikçaplı və iriçaplı silahlar, artilleriya qurğuları ilə tanışlıq olub.
Bundan başqa, jurnalistlər üçün çöl şəraitində həyatda qalma və çəkiliş prosesi ilə bağlı da təlim keçiriləcək.
Qeyd edək ki, layihə 2015-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Silahlı Qüvvələrin bazasında keçirilir. Təlim proqramına Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi verir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi layihənin tərəfdaşıdır.
Xatırladaq ki, "Konflikt jurnalistikası məktəbi" layihəsinin 1-ci mərhələsinə aprelin 23-də start verilib. Auditoriya təlimləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilib.
Xəbər lenti
0