Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bədən tərbiyəsi üzrə qabiliyyət imtahanı verəcək abituriyentlərin nəzərinə

© AFP 2023 / FRED TANNEAUBədən tərbiyəsi
Bədən tərbiyəsi  - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Abunə olmaq
Abituriyentlərin nəzərinə çatdırılıb ki, imtahana gələrkən mütləq özləri ilə sağlam olduqlarını təsdiq edən sağlamlıq arayışı gətirsinlər. Gecikən abituriyentlər imtahana buraxılmayacaqlar.
BAKI, 6 iyul — Sputnik. Ali təhsil müəssisələrinin bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisaslarına qəbul üçün qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin hərəkətlər üzrə nəticələri onların 11 illik təhsil bazasından kolleclərin idman ixtisaslarına qəbul üçün qeydiyyatdan keçdikləri qabiliyyət imtahanı komissiyalarına şamil ediləcək.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, bundan əvvəl bir neçə komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların Məşqçilik (61, 62, 78, 79, 84 və 85-ci komissiyalar) komissiyalarından hər hansı birindən aldıqları müsbət nəticələr digərlərinə də şamil olunub.
Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin idman ixtisaslarına qəbul üçün bir neçə komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların Fiziki tərbiyə müəllimliyi (152, 452, 552, 652, 752, 852 və 952-ci komissiyalar) komissiyalarından hər hansı birindən aldıqları müsbət nəticələr digərlərinə şamil olunub.
Qeyd edilib ki, qiymətlərin şamil edilməsi abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdiyi halda mümkündür. Şamil olunan qiymətlərin geriyə qüvvəsi yoxdur. Yəni bir fənn üzrə alınan məqbul qiymət daha sonrakı - keçirilməyən imtahanlara şamil oluna bilər. Qabiliyyət imtahanının təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır.
Xəbər lenti
0