NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan neftinin qiyməti durmadan dəyişir

© AP Photo / David Zalubowskineft
neft - Sputnik Azərbaycan, 1920, 06.07.2022
Abunə olmaq
İlin əvvəlində dünyada neft qiymətləri qalxsa da, iyun ayında ucuzlaşmağa başlayıb. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti əvvəlki göstəricidən 11,11 dollar/barel azdır.
BAKI, 6 iyul — Sputnik. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 4-də 117,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 11,08 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 116,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 11,11 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 11,6 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 113,15 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 11,64 dollar/barel azdır.
Xatırladaq ki, Azərbaycan neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelində (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Resessiya iqtisadi artım templərinin zəifləməsini və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsini bildirir.
Xəbər lenti
0