Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

SOCAR və "Özbəkneftqaz" arasında yol xəritəsi imzalanıb

© Photo : SOCARSOCAR
SOCAR  - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Abunə olmaq
Sənədi qarşı tərəfdən "Özbəkneftqaz" ASC-nin İdarə Heyətinin sədri Mehriddin Abdullayev imzalayıb.
BAKI, 5 iyul — Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın "Özbəkneftqaz" şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üzrə yol xəritəsi imzalanıb.
Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, SOCAR prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf özünün "Twitter" hesabında yazıb.
R.Nəcəf qeyd edib ki, "Özbəkneftqaz" ASC-nin İdarə Heyətinin sədri Mehriddin Abdullayev ilə keçirilən görüşdə iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi üzrə yol xəritəsi imzalanıb.
Yol xəritəsini "Özbəkneftqaz" ASC-nin İdarə Heyətinin sədri Mehriddin Abdullayev və SOCAR prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf imzalayıblar.
Qeyd edək ki, R.Nəcəf bu gün nümayəndə heyətinin tərkibində Özbəkistana səfər edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0