https://sputnik.az/20220705/sigortaya-yatirilan-vesaitler-42-milyon-manata-yaxin-artib-443698229.html
Sığortaya yatırılan vəsaitlər 42 milyon manata yaxın artıb
Sığortaya yatırılan vəsaitlər 42 milyon manata yaxın artıb
Sputnik Azərbaycan
Yaşam sığortasının həyat sığortasında bazar payı 93,3%-ə yüksəlib 05.07.2022, Sputnik Azərbaycan
2022-07-05T21:54+0400
2022-07-05T21:54+0400
2022-07-05T21:54+0400
sığorta
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268516_0:0:2001:1125_1920x0_80_0_0_d4a52174039101bd4bcd1b2146ddf5b0.jpg
BAKI, 5 iyul — Sputnik. Azərbaycanda sığortaya yatırılan vəsaitlər 34% artıb.Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığorta şirkətləri vasitəsilə toplanılan həyatın yaşam sığortası üzrə yığımların həcmi 164,810 milyon manata çatıb. Başqa sözlə, ötən ilin eyni dövrünə nisbətən sığorta yatırımları 41,8 milyon manat artıb. Belə ki, 2021-ci ilin beş ayında həyat sığorta şirkətləri 122,966 milyon manat sığorta haqqı toplaya bilib.APA-nın xəbərinə görə, bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 93,3%-ə yüksəlib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 90,1% təşkil edib.Bu ilin yanvar-may aylarında həyatın yaşam sığortası üzrə ödənişlər isə 57,4% azalaraq 49,286 milyon manata düşüb. 2021-ci ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 115,586 milyon manat təşkil edib.Ödənişlərin kəskin azalması həyatın yaşam sığortası üzrə əksər müqavilələrin qüvvədə olması ilə əlaqədardır. Belə ki, həyatın yaşam sığortası yığımlar adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268516_94:0:1867:1330_1920x0_80_0_0_339854f34e566a4db96bdbfb269a8b28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sığorta
Sığortaya yatırılan vəsaitlər 42 milyon manata yaxın artıb
Yaşam sığortasının həyat sığortasında bazar payı 93,3%-ə yüksəlib
BAKI, 5 iyul — Sputnik. Azərbaycanda sığortaya yatırılan vəsaitlər 34% artıb.
Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığorta şirkətləri vasitəsilə toplanılan həyatın yaşam sığortası üzrə yığımların həcmi 164,810 milyon manata çatıb. Başqa sözlə, ötən ilin eyni dövrünə nisbətən sığorta yatırımları 41,8 milyon manat artıb. Belə ki, 2021-ci ilin beş ayında həyat sığorta şirkətləri 122,966 milyon manat sığorta haqqı toplaya bilib.
APA-nın xəbərinə görə, bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 93,3%-ə yüksəlib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 90,1% təşkil edib.
Bu ilin yanvar-may aylarında həyatın yaşam sığortası üzrə ödənişlər isə 57,4% azalaraq 49,286 milyon manata düşüb. 2021-ci ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 115,586 milyon manat təşkil edib.
Ödənişlərin kəskin azalması həyatın yaşam sığortası üzrə əksər müqavilələrin qüvvədə olması ilə əlaqədardır. Belə ki, həyatın yaşam sığortası yığımlar adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.