https://sputnik.az/20220705/qaz-ve-imkanlar-azerbaycan-dunya-enerji-tehlukesizliyine-ne-teklif-edecek-443666377.html
Qaz və imkanlar: Azərbaycan dünya enerji təhlükəsizliyinə nə təklif edəcək?
Qaz və imkanlar: Azərbaycan dünya enerji təhlükəsizliyinə nə təklif edəcək?
Sputnik Azərbaycan
Bakı artıq dünya bazarına mühüm "mavi yanacaq" tədarükçüsü statusunu sübut edib və qaz ixracını artırmağa hazırdır. Ölkənin hansı istehsal və təchizat... 05.07.2022, Sputnik Azərbaycan
2022-07-05T08:51+0400
2022-07-05T08:51+0400
2022-07-05T08:51+0400
qaz
iqtisadiyyat
"lukoyl" şirkəti
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443142478_0:160:3072:1888_1920x0_80_0_0_058a148598c65ec73b8064afe5f52470.jpg
BAKI, 5 iyul — Sputnik. Dünyada təbii qaza - ən "yaşıl" karbohidrogenə və enerji istehsalı üçün ən çox tələb olunan komponentə tələbat sürətlə artır və "mavi yanacaq" idxal edən ölkələr indi əlavə ehtiyatlar axtarmağa məcburdurlar.Bu mənada Azərbaycanın alternativ mənbə kimi rolu xeyli artıb. Üstəlik, Bakı bir çox qaz ixrac edən ölkələrdən əvvəl qazın Aİ ölkələrinə nəqli üçün zəruri olan etibarlı infrastrukturu qura bilib.2020-ci il dekabrın 31-dən - Aİ-yə "mavi yanacağın" tədarükünə başlanan tarixdən Avropa istehlakçıları 10 milyard kubmetrdən çox Azərbaycan qazı alıblar. Təchizatın həcmi artır – təkcə bu il 10 milyard kubmetrdən çox neft satıla bilər.Cənub Qaz Dəhlizinin tikintisi zamanı gələcəkdə onun gücünün artırılması imkanları nəzərə alınıb. Bakı və Azərbaycan xammalının idxalçıları onu ildə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırmağı planlaşdırırlar.Respublikanın qaz sənayesinin perspektivləri haqqında ətraflı Sputnik Azərbaycan-ın materialında oxuyun.Azərbaycan genişləndirilmiş Cənub Qaz Dəhlizini (CQD) necə dolduracaqÖlkədə qaz hasilatı son bir neçə ildə durmadan artır. 2022-ci ilin yanvar-may aylarında onun hasilatı 19,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% çoxdur. 2021-ci ilin sonuna qaz hasilatı 18,1% artaraq 43,9 milyard kubmetr təşkil edib.Qaz hasilatının artan templərinə baxmayaraq, Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətini artırmaq üçün daha çox "mavi yanacaq" tələb olunacaq. Qeyd olunan 31 milyard kubmetr rəqəm yeni və ya struktur qaz yataqlarının işlənməsinə investisiyaların artırılmasını nəzərdə tutur.Belə ki, "Şahdəniz" layihəsinin üçüncü mərhələsinin işə salınması planlaşdırılır ki, bunun sayəsində 2030-cu ilə qədər yataqdan əlavə 15 milyard kubmetr qaz hasil ediləcək.Eyni zamanda, ehtiyatları 360 milyard kubmetrə çatan "Abşeron" yatağından bu il hasilata başlanılması planlaşdırılır. Gözlənilir ki, birinci mərhələdə burada 1,5 milyard kubmetr hasil ediləcək. Hasilatın, tədricən, ildə 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.İşlənməni gözləyən daha bir zəngin qaz yatağı "Qarabağ"dır - onun ehtiyatları 13 milyard kubmetr qiymətləndirilir. Burada hasilata 2025-ci ildə başlanılması planlaşdırılır. Birinci mərhələdə yataqdan ildə, təqribən, 1,5-1,8 milyard kubmetr neft əldə etmək mümkün olacaq.Azərbaycanda artıq istismar edilmiş və ya kəşf edilmiş yataqlarla yanaşı, ümumi ehtiyatlarının həcmi 1 trilyon kubmetrdən çox qiymətləndirilən perspektivli qaz strukturları da mövcuddur.Eyni zamanda, bu ərazilərdə artıq seysmik kəşfiyyat işləri aparılıb və yataqların təxmini ehtiyatları müəyyən edilib, lakin burada hələ işlərə başlanmayıb.Əsas şərt müqavilələrin mövcudluğudurKifayət qədər resurslara malik olan Azərbaycan qaz hasilatını və ixracını artırmağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu halda respublikanın əsas şərti uzunmüddətli müqavilələrin olmasıdır.Aİ nümayəndələri ilə qaz tədarükünün artırılması ilə bağlı danışıqlar zamanı respublika rəsmiləri bəyan ediblər ki, Azərbaycan uzunmüddətli müqavilələr imzalanmayana qədər bunu edə bilməyəcək. Qeyd edək ki, bu mərhələ hələ də aşılmayıb.Avropa iqtisadiyyatın "yaşıllaşdırılması" siyasətinə görə bu cür razılaşmalardan qaçır. Ötən ilin dekabrında Avropa Komissiyası Aİ üzvlərinə 2049-cu ildən sonra enerji dövriyyəsindən qalıq yanacaqların mərhələli şəkildə çıxarılması üçün qazın tədarükünə dair uzunmüddətli müqavilələrin uzadılmasını qadağan etməyi təklif edib.Bununla yanaşı, Avropa İttifaqı spot qaz müqavilələrinə üstünlük verir. Nəticədə, "mavi yanacaq"ın qiyməti il ərzində, demək olar ki, altı dəfə artıb."Uzunmüddətli" müqavilələr Azərbaycana niyə lazımdırAnbarlarda müəyyən müddət saxlanıla bilən neftdən fərqli olaraq, qazın saxlanması texniki cəhətdən daha çətindir. İstehsal olunan qazın dərhal magistral borularla ixraca göndərilməsi məqsədəuyğundur. Bu isə, xammalın satışı üzrə müqavilələrin olmasını tələb edir.Spot müqavilələr qaz tədarükçüləri üçün riskləri istisna etmir.Başqa sözlə, Azərbaycan yalnız 15-20 il müddətinə müqavilə bağlamaqla öz qazının satışına zəmanət verə və hasilata milyardlarla vəsait yatıra bilər. Odur ki, Bakı qiymətləri müəyyən etməyə və fors-major halları aradan qaldırmağa imkan verəcək uzunmüddətli müqavilələrin mövcudluğunda israrlıdır.İyunun əvvəlində keçirilən Bakı Enerji Forumunda SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı əsas tərəfdaşlarla danışıqlar aparılır.Eyni zamanda, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun Bakıya nğvbəti dəfə səfəri gözlənilir. Onun Azərbaycan qazının Aİ-yə tədarükünün artırılması məsələlərini müzakirə edəcəyi və bəlkə də bu dəfə gələcək sazişlərin konkret formalarını təklif edəcəyi planlaşdırılır.Digər mənbələrdən qazCənub Qaz Dəhlizinin doldurulması üçün Azərbaycan yanacağı ilə yanaşı, digər mənbələrdən də qaz tədarükü nəzərdə tutulur. Türkmənistan və İran bu gün onun CQD vasitəsilə ixracına əsas iddiaçılardır.Bakı, Aşqabad və Tehran ötən il svop tədarükü, yəni qaz mübadiləsi haqqında razılığa gəliblər. Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5-2 milyard kubmetr qaz göndəriləcək.Ekspertlər hesab edirlər ki, bu saziş tamhüquqlu beynəlxalq ixrac layihəsinə qədər genişləndirilərsə, Türkmənistan və İrandan Azərbaycana qaz nəqlini artırmaq mümkün olacaq. Azərbaycan ərazisindən isə qaz Aİ ölkələrinə göndəriləcək.Üstəlik, ölkələr artıq svop tədarüklərini artırmaq məsələsini nəzərdən keçirirlər. İran mətbuatı üçtərəfli saziş çərçivəsində qaz mübadiləsi həcmlərinin artırılması təklifinin olduğunu yazır. Analitiklər hesab edirlər ki, bu cür tədarüklər ildə 6 milyard kubmetrə qədər genişləndirilə bilər.Bundan əlavə, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixrac üçün Azərbaycan-Türkmənistan "Dostluq" yatağından da (qaz ehtiyatları - 100 milyard kubmetr) qaz tədarük edilə bilər.Bakı və Aşqabad "Dostluq" karbohidrogen ehtiyatlarının müvafiq olaraq 30%-dən 70%-ə qədər nisbətdə tərəflər arasında bölüşdürüləcəyinə dair razılığa gəliblər.Vaxtilə "Lukoyl" un rəhbəri olarkən Vahid Ələkbərov Rusiya şirkətinin yatağın işlənilməsində iştiraka maraq göstərdiyini və layihə üzrə konkret investisiya təkliflərini nəzərdən keçirməyə hazır olduğunu bildirmişdi.Qeyd etmək lazımdır ki," LUKoyl " artıq Xəzər regionunda neft-qaz layihələrinin fəal iştirakçısıdır. Şirkət "Şahdəniz"layihəsində 19,99% paya sahibdir.Lukoyl, həmçinin, ötən ilin sentyabrında BP şirkətindən layihədə 25% pay əldə etdikdən sonra Abşeron yarımadası ətrafında dayaz suların kəşfiyyatı və işlənməsi üzrə layihənin (Shallow Water Absheron Peninsula - SWAP) tamhüquqlu tərəfdaşı olub. Üçüncü iştirakçı isə 50% payla SOCAR-dır.Bundan əlavə, Rusiya şirkəti SWAP-da bir quyu qazmağı öhdəsinə götürüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443142478_171:0:2902:2048_1920x0_80_0_0_283894154704719b1499e64f79ec7691.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qaz, "lukoyl" şirkəti, rusiya
qaz, "lukoyl" şirkəti, rusiya
Qaz və imkanlar: Azərbaycan dünya enerji təhlükəsizliyinə nə təklif edəcək?
Bakı artıq dünya bazarına mühüm "mavi yanacaq" tədarükçüsü statusunu sübut edib və qaz ixracını artırmağa hazırdır. Ölkənin hansı istehsal və təchizat imkanları var?
BAKI, 5 iyul — Sputnik. Dünyada təbii qaza - ən "yaşıl" karbohidrogenə və enerji istehsalı üçün ən çox tələb olunan komponentə tələbat sürətlə artır və "mavi yanacaq" idxal edən ölkələr indi əlavə ehtiyatlar axtarmağa məcburdurlar.
Bu mənada Azərbaycanın alternativ mənbə kimi rolu xeyli artıb. Üstəlik, Bakı bir çox qaz ixrac edən ölkələrdən əvvəl qazın Aİ ölkələrinə nəqli üçün zəruri olan etibarlı infrastrukturu qura bilib.
2020-ci il dekabrın 31-dən - Aİ-yə "mavi yanacağın" tədarükünə başlanan tarixdən Avropa istehlakçıları 10 milyard kubmetrdən çox Azərbaycan qazı alıblar. Təchizatın həcmi artır – təkcə bu il 10 milyard kubmetrdən çox neft satıla bilər.
Cənub Qaz Dəhlizinin tikintisi zamanı gələcəkdə onun gücünün artırılması imkanları nəzərə alınıb. Bakı və Azərbaycan xammalının idxalçıları onu ildə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırmağı planlaşdırırlar.
Respublikanın qaz sənayesinin perspektivləri haqqında ətraflı Sputnik Azərbaycan-ın materialında oxuyun.
Azərbaycan genişləndirilmiş Cənub Qaz Dəhlizini (CQD) necə dolduracaq
Ölkədə qaz hasilatı son bir neçə ildə durmadan artır. 2022-ci ilin yanvar-may aylarında onun hasilatı 19,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% çoxdur. 2021-ci ilin sonuna qaz hasilatı 18,1% artaraq 43,9 milyard kubmetr təşkil edib.
Qaz hasilatının artan templərinə baxmayaraq, Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətini artırmaq üçün daha çox "mavi yanacaq" tələb olunacaq. Qeyd olunan 31 milyard kubmetr rəqəm yeni və ya struktur qaz yataqlarının işlənməsinə investisiyaların artırılmasını nəzərdə tutur.
Belə ki, "Şahdəniz" layihəsinin üçüncü mərhələsinin işə salınması planlaşdırılır ki, bunun sayəsində 2030-cu ilə qədər yataqdan əlavə 15 milyard kubmetr qaz hasil ediləcək.
Eyni zamanda, ehtiyatları 360 milyard kubmetrə çatan "Abşeron" yatağından bu il hasilata başlanılması planlaşdırılır. Gözlənilir ki, birinci mərhələdə burada 1,5 milyard kubmetr hasil ediləcək. Hasilatın, tədricən, ildə 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
İşlənməni gözləyən daha bir zəngin qaz yatağı "Qarabağ"dır - onun ehtiyatları 13 milyard kubmetr qiymətləndirilir. Burada hasilata 2025-ci ildə başlanılması planlaşdırılır. Birinci mərhələdə yataqdan ildə, təqribən, 1,5-1,8 milyard kubmetr neft əldə etmək mümkün olacaq.
Azərbaycanda artıq istismar edilmiş və ya kəşf edilmiş yataqlarla yanaşı, ümumi ehtiyatlarının həcmi 1 trilyon kubmetrdən çox qiymətləndirilən perspektivli qaz strukturları da mövcuddur.
Eyni zamanda, bu ərazilərdə artıq seysmik kəşfiyyat işləri aparılıb və yataqların təxmini ehtiyatları müəyyən edilib, lakin burada hələ işlərə başlanmayıb.
Əsas şərt müqavilələrin mövcudluğudur
Kifayət qədər resurslara malik olan Azərbaycan qaz hasilatını və ixracını artırmağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu halda respublikanın əsas şərti uzunmüddətli müqavilələrin olmasıdır.
Aİ nümayəndələri ilə qaz tədarükünün artırılması ilə bağlı danışıqlar zamanı respublika rəsmiləri bəyan ediblər ki, Azərbaycan uzunmüddətli müqavilələr imzalanmayana qədər bunu edə bilməyəcək. Qeyd edək ki, bu mərhələ hələ də aşılmayıb.
Avropa iqtisadiyyatın "yaşıllaşdırılması" siyasətinə görə bu cür razılaşmalardan qaçır. Ötən ilin dekabrında Avropa Komissiyası Aİ üzvlərinə 2049-cu ildən sonra enerji dövriyyəsindən qalıq yanacaqların mərhələli şəkildə çıxarılması üçün qazın tədarükünə dair uzunmüddətli müqavilələrin uzadılmasını qadağan etməyi təklif edib.
Bununla yanaşı, Avropa İttifaqı spot qaz müqavilələrinə üstünlük verir. Nəticədə, "mavi yanacaq"ın qiyməti il ərzində, demək olar ki, altı dəfə artıb.
"Uzunmüddətli" müqavilələr Azərbaycana niyə lazımdır
Anbarlarda müəyyən müddət saxlanıla bilən neftdən fərqli olaraq, qazın saxlanması texniki cəhətdən daha çətindir. İstehsal olunan qazın dərhal magistral borularla ixraca göndərilməsi məqsədəuyğundur. Bu isə, xammalın satışı üzrə müqavilələrin olmasını tələb edir.
Spot müqavilələr qaz tədarükçüləri üçün riskləri istisna etmir.
Başqa sözlə, Azərbaycan yalnız 15-20 il müddətinə müqavilə bağlamaqla öz qazının satışına zəmanət verə və hasilata milyardlarla vəsait yatıra bilər. Odur ki, Bakı qiymətləri müəyyən etməyə və fors-major halları aradan qaldırmağa imkan verəcək uzunmüddətli müqavilələrin mövcudluğunda israrlıdır.
İyunun əvvəlində keçirilən Bakı Enerji Forumunda SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı əsas tərəfdaşlarla danışıqlar aparılır.
Eyni zamanda, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun Bakıya nğvbəti dəfə səfəri gözlənilir. Onun Azərbaycan qazının Aİ-yə tədarükünün artırılması məsələlərini müzakirə edəcəyi və bəlkə də bu dəfə gələcək sazişlərin konkret formalarını təklif edəcəyi planlaşdırılır.
Cənub Qaz Dəhlizinin doldurulması üçün Azərbaycan yanacağı ilə yanaşı, digər mənbələrdən də qaz tədarükü nəzərdə tutulur. Türkmənistan və İran bu gün onun CQD vasitəsilə ixracına əsas iddiaçılardır.
Bakı, Aşqabad və Tehran ötən il svop tədarükü, yəni qaz mübadiləsi haqqında razılığa gəliblər. Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5-2 milyard kubmetr qaz göndəriləcək.
Ekspertlər hesab edirlər ki, bu saziş tamhüquqlu beynəlxalq ixrac layihəsinə qədər genişləndirilərsə, Türkmənistan və İrandan Azərbaycana qaz nəqlini artırmaq mümkün olacaq. Azərbaycan ərazisindən isə qaz Aİ ölkələrinə göndəriləcək.
Üstəlik, ölkələr artıq svop tədarüklərini artırmaq məsələsini nəzərdən keçirirlər. İran mətbuatı üçtərəfli saziş çərçivəsində qaz mübadiləsi həcmlərinin artırılması təklifinin olduğunu yazır. Analitiklər hesab edirlər ki, bu cür tədarüklər ildə 6 milyard kubmetrə qədər genişləndirilə bilər.
Bundan əlavə, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixrac üçün Azərbaycan-Türkmənistan "Dostluq" yatağından da (qaz ehtiyatları - 100 milyard kubmetr) qaz tədarük edilə bilər.
Bakı və Aşqabad "Dostluq" karbohidrogen ehtiyatlarının müvafiq olaraq 30%-dən 70%-ə qədər nisbətdə tərəflər arasında bölüşdürüləcəyinə dair razılığa gəliblər.
Vaxtilə "Lukoyl" un rəhbəri olarkən Vahid Ələkbərov Rusiya şirkətinin yatağın işlənilməsində iştiraka maraq göstərdiyini və layihə üzrə konkret investisiya təkliflərini nəzərdən keçirməyə hazır olduğunu bildirmişdi.
Qeyd etmək lazımdır ki," LUKoyl " artıq Xəzər regionunda neft-qaz layihələrinin fəal iştirakçısıdır. Şirkət "Şahdəniz"layihəsində 19,99% paya sahibdir.
Lukoyl, həmçinin, ötən ilin sentyabrında BP şirkətindən layihədə 25% pay əldə etdikdən sonra Abşeron yarımadası ətrafında dayaz suların kəşfiyyatı və işlənməsi üzrə layihənin (Shallow Water Absheron Peninsula - SWAP) tamhüquqlu tərəfdaşı olub. Üçüncü iştirakçı isə 50% payla SOCAR-dır.
Bundan əlavə, Rusiya şirkəti SWAP-da bir quyu qazmağı öhdəsinə götürüb.