Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Özünə qəbir qazmaq və ora yıxılmaq: Qərb dünyanı iqtisadi tənəzzülə necə sürüklədi

© AFP 2023 / JUSTIN TALLISLondonda alıcı boş piştaxtaya baxır, arxiv şəkli
Londonda alıcı boş piştaxtaya baxır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Abunə olmaq
Analitiklərin fikrincə, artıq bu il dünya sürətli inflyasiya fonunda iqtisadi tənəzzülün şahidi olacaq. Rusiya Federasiyasından tədarükün məhdudlaşdırılması üzündən enerji resurslarının həddindən artıq bahalaşması tənəzzülə təkan verib.
BAKI, 5 iyul — Sputnik. Rusiyanın enerji resurslarından asılılığını sağlam düşüncə ilə hesablaya bilməməklə və Rusiya iqtisadiyyatına maksimum zərbə endirməyə çalışmaqla Qərb, əslində, öz məzarını qazıb. Rusiya qazından imtina, Rusiya Federasiyasından neft tədarükünə qoyulan məhdudiyyətlər təkcə Qərbin özü üçün deyil, həm də qlobal iqtisadiyyat üçün geri dönüşü çətin olan nəticələrə gətirib çıxarıb. Hazırda birjalar ən böyük iqtisadi tənəzzülü – iqtisadi fəallığın azalmasının gözləyir. Üstəlik, nəzərə alaq ki, bu, dərhal postpandemiya dövründə - dünyanın bir çox iqtisadiyyatlarının tənəzzül yaşadığı və ya aktivliyin bərpa olunduğu dövrdə baş verəcək.
Üç yüz dollardan baha olan neft və staqflyasiya
"J.P.Morgan Chase & Co" analitiklərinin fikrincə, Rusiyanın Qərb sanksiyalarına cavab olaraq yanacaq tədarükünü azaldacağı təqdirdə, neftin qiyməti bir barel üçün 380 dollara qədər qalxa bilər. Bankda hesab edirlər ki, Rusiya Federasiyası öz iqtisadiyyatına həddindən artıq zərər vurmadan hasilatı sutkada 5 milyon barel azaltmağa qadirdir. Eyni zamanda, bu cür hərəkətlərin bütün dünya üçün nəticələri fəlakətli olacaq - hasilatın sutkada 3 milyon barel azalması Brent markalı neftin qiymətini ən yaxşı ssenaridə belə, bir barel üçün 190 dollara qaldıracaq. Ən pis halda isə, ekspertlərin fikrincə, qiymətlər 1 barrel üçün 380 dollara qədər artacaq.
Belə olan halda dünya təkcə qlobal tənəzzülün deyil, həm də staqflyasiyanın - iqtisadi tənəzzülün və iqtisadiyyatın depressiya vəziyyətinin inflyasiya ilə birləşdiyi bir vəziyyətin - qiymət artımının şahidi olacaq.
Bayden amerikalılara: əziyyət çəkməyə davam edin!
İqtisadi böhranın nəticələri daha parlaq şəkildə ABŞ–ın üzərində hiss olundu - Birləşmiş Ştatlarda inflyasiya 8,6% artaraq 40 illik maksimuma çatıb. Bundan başqa, bu yay şimal və qərb ştatlarının böyük bir hissəsində elektrik enerjisinin verilməsində fasilələr müşahidə olunacağı gözlənilir.
Artıq yayın əvvəllərində Ştatların orta qərbində elektrik kəsilməsi müşahidə olunub – Texas elektrik enerjisi etibarlılığı Şurası istehlakçılara may ayında erkən istilik zamanı enerjiyə qənaət etməyi xahiş edib.
Yayda yüksək tələbatla yanaşı, avadanlıq və təmir materiallarının tədarükünün kəsilməsi də elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər. Eyni zamanda, yüksək qlobal neft qiymətləri də elektrik enerjisi istehsalının maya dəyərini artırır ki, bu da səlahiyyət sahiblərini elektrik enerjisinin kəsilməsini tətbiq etməyə məcbur edir.
Eyni zamanda, ABŞ ölkədə yanacaq qiymətlərinin ən nəzərəçarpacaq artımı ilə üzləşib – "Regular" markalı benzinin bir gallonunun (3,785 litr) orta qiyməti, təxninən, 4,8 dollar təşkil edir. 2021-ci ilin yanvar ayının sonunda "Regular" markalı benzinin qallon qiyməti $2,39 idi.
Bununla yanaşı, ABŞ prezidenti Co Bayden ötən həftə bildirib ki, amerikalılar benzinin yüksək qiymətlərindən "lazım olan qədər" əziyyət çəkəcəklər. Bir sıra analitiklərin fikrincə, Konqresə seçkilərin keçiriləcəyi 2022-ci ilin noyabrına qədər gözləmək lazım gələcək.
Bayden administrasiyası rekord inflyasiya və gözlənilən tənəzzül üzündən güclü təzyiq altındadır. Ehtimal olunur ki, ölkədəki acınacaqlı iqtisadi vəziyyət noyabrda keçiriləcək Konqres seçkilərində demokratların yerlərinin itirilməsinə gətirib çıxaracaq. Həmçinin, 2024-cü ilə təyin edilmiş prezident seçkilərinə də təsir göstərəcək.
Avropada elektrik enerjisinə qənaət üçün ödəniş ediləcək
Eyni zamanda, Rusiyadan enerji resurslarının ixracına qoyulan məhdudiyyətlər Aİ ölkələrinin iqtisadiyyatına da ciddi zərbə vurub. Digər məsələlərlə yanaşı, bu qış elektrik enerjisi çatışmazlığının bir neçə həftə əvvəl gözləniləndən qat-qat çox olacağı qorxusu səbəbindən Avropada elektrik enerjisinin qiymətləri yenidən artıb.
Beləliklə, Avropa elektrik enerjisi bazarının etalonu olan Almaniyada gələn il üçün elektrik enerjisinin qiymətləri təkcə son bir həftə ərzində 12% bahalaşıb.
Rusiya qazının aşağı tədarükü və iyulda tədarükləri məhdudlaşdıracaq iki həftəlik "Şimal axını"nın təmiri Avropa hökumətlərini, treyderləri və elektrik enerjisi bazarı iştirakçılarını qaz və elektrik enerjisi təchizatı ilə bağlı narahat olmağa məcbur edir.
Enerji qiymətlərinin həddən artıq yüksək olmasından əziyyət çəkən Qərb ölkələrindən biri də Böyük Britaniyadır. Belə ki, Britaniyanın milli enerji sistemi olan "National Grid" qaza qənaət və elektrik enerjisinin kəsilməsinin qarşısının alınması tədbirləri çərçivəsində gələn qışda şirkətlərə daha az elektrik istehlakı üçün müəyyən məbləğlər ödəmək ideyasını araşdırır.
National Grid, bəzi şirkətlərə gələn qış mövsümündə milli enerji sistemindən elektrik istehlakını azaltmaq üçün nə qədər pul qəbul etməyə hazır olduqlarını soruşaran sorğular göndərib. Mümkün ödənişlər 1 MVt/saat üçün 121 dollardan 1 MVt/saat üçün 7274 dollara kimi başlaya bilər.
Dünya iqtisadiyyatları bunun öhdəsindən gələcəkmi?
Yüksək inflyasiya və tədarükün pozulması resessiya ehtimalını daha da yaxınlaşdırır - yeganə sual tənəzzülü bu il və ya gələn il gözləməkdən ibarətdir.
İri banklar və analitik mərkəzlər artıq cari ildə iqtisadi tənəzzülü istisna etmirlər. Hazırda Citigroup qlobal tənəzzülün şansını 50% qiymətləndirir. Bununla yanaşı, Barclays bu ilin dördüncü rübündə yalnız Avrozonanın iqtisadiyyatının tənəzzüllə üzləşəcəyini, ABŞ iqtisadiyyatının isə hələ ki, 1% - ə qədər ləngiyəcəyini proqnozlaşdırır.
Dünya Bankı dünyanın əksər ölkələrinin iqtisadiyyatında tənəzzülün olacağını, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə staqflyasiyanın müşahidə olunacağını proqnozlaşdırır.
Bakının enerji potensialı
Bununla yanaşı, Azərbaycanda istehsal üçün zəruri olan komponentlərin və xammalın qiymətlərinin artması ilə əlaqədar idxal inflyasiyası müşahidə olunur. 2022-ci ilin yanvar-may aylarının yekunlarına görə, ölkədə inflyasiya 12,6% təşkil edib, Azərbaycan İqtisadiyyat Nazirliyi isə bu il üçün orta illik inflyasiyanın 4% olacağını proqnozlaşdırır. Azərbaycan Respublikası Mərkəzi Bankının hesablamalarına görə, 2022-ci ildə ölkədə orta illik inflyasiya 6,6% -7,1% təşkil edəcək.
Lakin buna baxmayaraq, Azərbaycanda enerji təchizatı ilə bağlı heç bir problem yoxdur - ölkə özünü enerji resursları ilə demək olar ki, 95% təmin edir ki, bu da enerji çatışmazlığının qarşısını almağa və ölkədə ÜDM-in artımına təkan verməyə kömək edir.
Azərbaycan Respublikası Hesablama Palatasının hesabatına əsasən, bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatı 7,2% artıb ki, bu da son 12 ildə ən yüksək göstəricidir.
Bundan əlavə, neft və qaz ixracatçısı kimi Azərbaycan qısa müddətdə yüksək karbohidrogen qiymətlərindən faydalanır.
Beləliklə, inflyasiyanın sürətlənməsinə baxmayaraq, Azərbaycanda iqtisadi artım kifayət qədər qənaətbəxş səviyyədədir. Ölkədə staqflyasiya riskləri isə ən azı cari il üçün o qədər də yüksək deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0