CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik Qurban bayramında əhaliyə qidalanma ilə bağlı tövsiyələr verib

© Depositphotos.com / IgorVetushkoDieta
Dieta - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Abunə olmaq
Səhiyyə Nazilriyi Qurban bayramı ilə əlaqədar əhaliyə müraciət edib
BAKI, 5 iyul — Sputnik. Mədə xəstəlikləri istənilən yaşda, hətta ciddi dieta saxlanılsa belə rast gəlinə biləcək bir problemdir. Çünki bizdən asılı olan və olmayan səbəbləri çoxdur.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bildirib. Onun sözlərinə görə, mədə xəstəliyi insanda əsasən köp, mədədə yanma hissi, həzmsizlik müşahidə olunur: "Bəzi əlamətlər var ki, çox diqqətli olmaq lazımdır. 40 yaşdan yuxarı şəxslərin mədəsində köp, ağrı, ürək bulanma uzun zaman davam etdiyi təqdirdə həkimə müraciət olunmadan dərman vasitələrini qəbul etmək doğru deyil. İştahsızlıq, çəki itirmə, ürəkbulanma mədə xərçənginin ilkin əlamətləri ola bilər. Bir insan qanazlığından daim əziyyət çəkirsə, mütləq şəkildə onun mədəsi yoxlanılmalıdır. Çünki dəmirin sorulma prosesi məhz mədədən başlayır.
O qeyd edir ki, gündəlik müraciət edən xəstələrin demək olar ki, 50 faizdən çoxu məhz stres-əsəb pozuntuları ilə bağlı şikayət edən xəstələrdir: "Stres həzm sisteminə birbaşa təsir göstərir. Hətta bunun öyrənilməsi məqsədilə neyroqastroenterologiya adlı yeni elm sahəsi yaranıb. Güclü stres mədə xorasına da səbəb ola bilər. Xüsusi ilə pandemiyadan sonra bu nevroloji vəziyyətlə əlaqəli mədə-bağırsaq şikayətli müraciətlər ciddi artıb".
Ekspert bildirir ki, streslə bağlı bağırsaq xəstəlik olan qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanların əksəriyyətində qəbizlik, ishal, və ya hər ikisi birgə müşahidə olunur. Aparılan son elmi tədqiqatlar sübüt edib ki, mədə-bağırsaqlarda yerləşən milyardlarla mikroblar bizim nevroloji vəziyyətimizə və hətta davranışlarımıza təsir edə bilər".
O qeyd edib ki, yay fəslində mədə-bağırsaq infeksiyaları və qida zəhərlənmələri artır:
"Xüsusilə mədə turşuluğunu azaldan dərmanlar qəbul edən şəxslərə dərman dozalarını azaltmağı tövsiyə edirəm. Çünki mədə turşuluğu bizi ətrafdan zərərli mikrob və maddələrin organizmə daxil olmasının qarşısını alır.
Bundan başqa, reflüks və ishaldan əziyyət çəkən insanlara süd, kafeinli və energetik içkilərdən imtina etmələrini məsləhət görürük.
Ən çox zərərli insanlar arasında yayılan vərdişlərdən biri də sarımsaq udmaqdır. Sarımsaq çox güclü aşındırıcı bir qida olaraq onikibarmaq bağırsağın qanamasına və kəskin reaktiv qastritə səbəb ola bilər".
Ağız boşluğunda xoşagəlməz qoxular barədə danışan ekspert deyib ki, tibbi adı Halitosis olan ağız qoxusu ilk növbədə ağız boşluğu gigienasından başlayaraq, mədənin xəstəliklərinə qədər bir çox səbəbləri ola bilər. Uşaqlarda ağız qoxusunun əsas səbəbi şəkərli qidaların həddindən artıq qəbuludur.
Mütəxəsssis həmçinin deyib ki, Qurban bayramında qidalanma zamanı bəzi vacib məqamlara diqqət etmək lazımdır:
"Bayram günlərində qızardılmış ət və ət məhsullarının çox istifadəsi qastrit, xora xəstəliyinin daha da kəskinləşməsinə şərait yarada bilər. Mədəaltı vəz və öd daşı xəstəliklərindən əziyyət çəkən şəxslərdə Qurban bayramında çox vaxt kəskin ağrılar müşahidə oluna bilər.
Yağlı ət məhsulları və soyuq içkilərin birgə qəbulu zamanı ishal, kəskin qarın ağrıları, ürək bulanma və qusma hallarına tez-tez rast gəlinir. Bu da həzm sisteminə ciddi şəkildə mənfi təsir göstərir. Bundan əlavə, hazırlanan qidalar düzgün saxlanılmadıqda və boyat olduqda, xüsusi ilə yay aylarında, kəskin qastroduodenit, yəni, qusma və ishalla nəticələnmə ola bilər.
Yay aylarında və bayram günlərində vətəndaşlara tərəvəzlərlə zəngin qidalanmağı və çətin həzm olunan ət yeməklərini azaltmağı tövsiyə edirəm".
Xəbər lenti
0