https://sputnik.az/20220705/mudafie-nazirliyinin-kiber-tehlukesizlik-emeliyyatlari-merkezi-istifadeye-verilib-443715886.html
Müdafiə Nazirliyinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib
Müdafiə Nazirliyinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib
Sputnik Azərbaycan
Mərkəz Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyi təmin... 05.07.2022, Sputnik Azərbaycan
2022-07-05T17:02+0400
2022-07-05T17:02+0400
2022-07-05T17:12+0400
azərbaycan
azərbaycan xəbərləri
müdafiə nazirliyi
mərkəz
https://cdnn1.img.sputnik.az/img/07e6/07/05/443714367_0:26:850:504_1920x0_80_0_0_860fc8fdef379c5624fd8da8ab247cca.jpg
BAKI, 5 iyul — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 5-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzinin açılışında iştirak edib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Baş İdarə rəisi general-mayor Məmməd Eminov müasir avtomatik idarəetmə sistemləri ilə təchiz olunmuş mərkəzin fəaliyyəti barədə müdafiə nazirinə məruzə edib.Bildirilib ki, ən yeni texnoloji avadanlıqla təchiz edilən mərkəz Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyi təmin edəcək.Qeyd olunub ki, inkişaf etmiş ölkələrin kibertəhlükəsizlik sahəsində qabaqcıl təcrübəsi nəzərə alınmaqla yaradılan mərkəzdə informasiya-kommunikasiya texnologiyaları və komanda-idarəetmə sistemlərinin davamlı izlənilməsi və idarə edilməsi, təhdidlərin vaxtında aşkar olunması, rəqəmsal araşdırmalar, elektron təhlükəsizlik yoxlamalarının aparılması və digər fəaliyyətlər icra ediləcək.Müdafiə naziri Azərbaycan Ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/05/443714367_72:0:779:530_1920x0_80_0_0_b9a66cbdb8937b1a52f382e5bded401f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, müdafiə nazirliyi, mərkəz
azərbaycan, müdafiə nazirliyi, mərkəz
Müdafiə Nazirliyinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib
17:02 05.07.2022 (Yenilənib: 17:12 05.07.2022) Mərkəz Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyi təmin edəcək
BAKI, 5 iyul — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 5-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzinin açılışında iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Baş İdarə rəisi general-mayor Məmməd Eminov müasir avtomatik idarəetmə sistemləri ilə təchiz olunmuş mərkəzin fəaliyyəti barədə müdafiə nazirinə məruzə edib.
Bildirilib ki, ən yeni texnoloji avadanlıqla təchiz edilən mərkəz Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyi təmin edəcək.
Qeyd olunub ki, inkişaf etmiş ölkələrin kibertəhlükəsizlik sahəsində qabaqcıl təcrübəsi nəzərə alınmaqla yaradılan mərkəzdə informasiya-kommunikasiya texnologiyaları və komanda-idarəetmə sistemlərinin davamlı izlənilməsi və idarə edilməsi, təhdidlərin vaxtında aşkar olunması, rəqəmsal araşdırmalar, elektron təhlükəsizlik yoxlamalarının aparılması və digər fəaliyyətlər icra ediləcək.
Müdafiə naziri Azərbaycan Ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.