https://sputnik.az/20220705/kurun-suyu-keskin-azalib---sos-443697972.html
Kürün suyu kəskin azalıb - SOS
Kürün suyu kəskin azalıb - SOS
Sputnik Azərbaycan
Umayra Tağıyeva bildirib ki, Böyük və Kiçik Qafqaz dağlarında şaxtalı və qarlı günlərin xeyli azalması tendensiyası müşahidə edilir. 05.07.2022, Sputnik Azərbaycan
2022-07-05T14:57+0400
2022-07-05T14:57+0400
2022-07-05T15:56+0400
kür
cəmiyyət
su
azalma
kür çayında azalma
https://cdnn1.img.sputnik.az/img/42433/02/424330213_0:141:2669:1642_1920x0_80_0_0_dee01281d04cd2313243252e0043bf07.jpg
BAKI, 5 iyul — Sputnik. Kür çayından ölkəyə daxil olan su son 10 ildə 27 faiz azalıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda keçirilən beynəlxalq konfransındakı çıxışı zamanı deyib.O qeyd edib ki, Kür çayında sululuq göstəricisi 1961-1990-cı illərdə 273, 1991-2011-ci illərdə 252, 2011-2020-ci illərdə isə 200 m³/san olub. U.Tağıyeva həmçinin bildirib ki, aparılan müqayisəli təhlillər göstərir ki, ilin isti dövründə ölkə ərazisində havanın temperaturunun artması baş verib. Onun sözlərinə görə, ilin ən soyuq aylarında Naxçıvan istisna olmaqla, digər ərazilərdə temperaturun yüksəlməsi qeydə alınıb.U.Tağıyeva bildirib ki, temperaturu 0 dərəcədən aşağı olan ərazilərin sahəsi əksər zonalarda azalır:Umayra Tağıyeva havanın maksimum temperaturlarının 35 dərəcədən yuxarı olduğu günlərin sayının artdığını da qeyd edib: "Həmçinin sürəti 25 m/s-dən yuxarı küləkli günlərin də sayı artıb".Direktor daşqınların dinamikasında da artım müşahidə olunduğunu vurğulayıb:"Dənizdəki dalğaların maksimum hündürlüyü də nisbətən artıb. Suyun temperaturu isə son 15 ildə 1.2 dərəcə artıb".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42433/02/424330213_147:0:2523:1782_1920x0_80_0_0_2d308b76e89161a3630ecd09dccb8d32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
kür, su, azalma, kür çayında azalma
kür, su, azalma, kür çayında azalma
Kürün suyu kəskin azalıb - SOS
14:57 05.07.2022 (Yenilənib: 15:56 05.07.2022) Umayra Tağıyeva bildirib ki, Böyük və Kiçik Qafqaz dağlarında şaxtalı və qarlı günlərin xeyli azalması tendensiyası müşahidə edilir.
BAKI, 5 iyul — Sputnik. Kür çayından ölkəyə daxil olan su son 10 ildə 27 faiz azalıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda keçirilən beynəlxalq konfransındakı çıxışı zamanı deyib.
O qeyd edib ki, Kür çayında sululuq göstəricisi 1961-1990-cı illərdə 273, 1991-2011-ci illərdə 252, 2011-2020-ci illərdə isə 200 m³/san olub. U.Tağıyeva həmçinin bildirib ki, aparılan müqayisəli təhlillər göstərir ki, ilin isti dövründə ölkə ərazisində havanın temperaturunun artması baş verib. Onun sözlərinə görə, ilin ən soyuq aylarında Naxçıvan istisna olmaqla, digər ərazilərdə temperaturun yüksəlməsi qeydə alınıb.
U.Tağıyeva bildirib ki, temperaturu 0 dərəcədən aşağı olan ərazilərin sahəsi əksər zonalarda azalır:
"Son 10 ildə əsas dağ çaylarımız formalaşan ərazilərdə yağıntının miqdarı orta hesabla 8.7 faiz azalıb. Ümumilikdə son 30 il ərzində yağıntıların miqdarı 10 faiz azalıb. Böyük və Kiçik Qafqaz dağlarında şaxtalı və qarlı günlərin xeyli azalması tendensiyası müşahidə edilir. Bu da çayları qidalandıran qar ehtiyatlarının azalmasının göstəricisidir".
Umayra Tağıyeva havanın maksimum temperaturlarının 35 dərəcədən yuxarı olduğu günlərin sayının artdığını da qeyd edib: "Həmçinin sürəti 25 m/s-dən yuxarı küləkli günlərin də sayı artıb".
Direktor daşqınların dinamikasında da artım müşahidə olunduğunu vurğulayıb:
"Dənizdəki dalğaların maksimum hündürlüyü də nisbətən artıb. Suyun temperaturu isə son 15 ildə 1.2 dərəcə artıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.