https://sputnik.az/20220705/dovlet-xidmeti-bas-prokurorluga-muraciet-edib-443697723.html
Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib
Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib
Sputnik Azərbaycan
Satınalmalarla bağlı keçirilmiş açıq tenderdəki qanun pozuntuları barədə protokollar Fövqəladə Hallar Nazirliyi tərəfindən Dövlət Xidmətinə təqdim edilib. 05.07.2022, Sputnik Azərbaycan
2022-07-05T20:01+0400
2022-07-05T20:01+0400
2022-07-05T20:41+0400
cəmiyyət
baş prokurorluq
fhn
müraciət
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168657_0:320:3071:2047_1920x0_80_0_0_23c6f3ca37a4bbc5928693867006439a.jpg
BAKI, 5 iyul — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin Dövlət Xidmətinə təqdim etdiyi yekun protokollar təhlil edilərkən müəyyən olunub ki, elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları və maliyyə institutları adından təqdim edilən sənədlər saxtalaşdırılıb.Belə ki, müxtəlif atributların və hesablama texnikası, avadanlıqlar və isitmə-soyutma sistemlərinin təmiri işləri və texniki xidmətin satın alınması üzrə keçirilmiş açıq tender prosedurlarında iştirak edən “Standart TT 2022” MMC, “Business Connection” MMC və “Furniture Art” MMC-yə aid bank arayışları və digər sənədlərə müdaxilə edilməklə saxtalaşdırılıb və dövlət satınalmalarının vahid internet portalına yüklənib.Qeyd edək ki, satınalmalarla bağlı keçirilmiş açıq tenderdəki qanun pozuntuları barədə protokollar Fövqəladə Hallar Nazirliyi tərəfindən Dövlət Xidmətinə təqdim edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/08/426168657_0:0:2729:2047_1920x0_80_0_0_72ca7f992887891cd67898151f57dca8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş prokurorluq, fhn, müraciət
baş prokurorluq, fhn, müraciət
Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib
20:01 05.07.2022 (Yenilənib: 20:41 05.07.2022) Satınalmalarla bağlı keçirilmiş açıq tenderdəki qanun pozuntuları barədə protokollar Fövqəladə Hallar Nazirliyi tərəfindən Dövlət Xidmətinə təqdim edilib.
BAKI, 5 iyul — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin Dövlət Xidmətinə təqdim etdiyi yekun protokollar təhlil edilərkən müəyyən olunub ki, elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları və maliyyə institutları adından təqdim edilən sənədlər saxtalaşdırılıb.
Belə ki, müxtəlif atributların və hesablama texnikası, avadanlıqlar və isitmə-soyutma sistemlərinin təmiri işləri və texniki xidmətin satın alınması üzrə keçirilmiş açıq tender prosedurlarında iştirak edən “Standart TT 2022” MMC, “Business Connection” MMC və “Furniture Art” MMC-yə aid bank arayışları və digər sənədlərə müdaxilə edilməklə saxtalaşdırılıb və dövlət satınalmalarının vahid internet portalına yüklənib.
Qeyd edək ki, satınalmalarla bağlı keçirilmiş açıq tenderdəki qanun pozuntuları barədə protokollar Fövqəladə Hallar Nazirliyi tərəfindən Dövlət Xidmətinə təqdim edilib.