Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Choupette uşaq geyimləri - uğurlu və gözəl biznes

© Photo : courtesy of ChoupetteChoupette uşaq geyimləri kolleksiyası
Choupette uşaq geyimləri kolleksiyası - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Abunə olmaq
İşgüzar xanım Rusiya brendinin üstünlüklərindən danışıb, beynəlxalq bazarda pərakəndə satış şəbəkəsinin uğurlu inkişaf təcrübəsi ilə bölüşüb və işə yeni başlayan sahibkara məsləhətlərini verib.
- Biznesə başlamaq ideyası haradan gəldi? Niyə məhz uşaq geyimləri?
- Choupette-nin tarixi ondan başlayıb ki, bacım Natalya Aleksandrova ilə biz öz uşaqlarımız və dostlarımızın övladları üçün keyfiyyətli, qəşəng lakin eyni zamanda bütün bu üstünlüklrə baxmayaraq münasib qiymətə başa gələn paltarlar tikmək qərarına gəldik. İlk vaxtlarda biz yenidoğulmuşlar və bir yaşdan böyük uşaqlar üçün məhsullar satırdıq. Lakin ticarət nişanımız dinamik inkişaf etməyə başladı və biz yeni məhsul qrupları, hər hansı bir tədbir və ya səfər üçün nəzərdə tutulan seçmə kolleksiyalarla məhsul çeşidini, həmçinin paltarların ölçü diapazonunu genişləndirməyə başladıq.
© Photo : courtesy of ChoupetteAnastasiya Vasilkova, Choupette uşaq geyimləri brendinin həmsahibi
Анастасия Василькова, совладелец бренда детской одежды Choupette - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Anastasiya Vasilkova, Choupette uşaq geyimləri brendinin həmsahibi
- Choupette Rusiyada uşaq geyimləri sahəsində dəb formalaşdıran brend - trendsettor kimi tanınır. Trenddə qalmağə və eyni zamanda tanınan üslubunuzu qoruyub saxlamağı necə bacarırsınız?
- İlk növbədə qeyd etmək istəyirəm ki, brend sadəcə ticarət nişanı demək deyil. Özünüzü brend hesab etmək üçün müəyyən xüsusiyyətlərə malik olmalısınız: tanınmalısınız, beynəlmiləl olmalısınız, estetik kodunuz, sadiq auditoriyanız olmalıdır və s. Yalnız bütün bu elementlərin məcmusu ticarət nişanını brend hesab etmək hüququ verə bilər. Uzun müddət Choupette-ni brend adlandırmaqdan çəkinirdim. Yalnız beynəlxalq bazara çıxdıqdan və lazımi səviyyədə məşhurlaşdıqdan sonra mən deyə bildim ki, Choupette - uşaq geyim brendidir. Choupette böyüklərin dəb tendensiyalarını izləyir, lakin bizim matrisimizdə, ünsiyyətimizdə və mesajlarımızda həmişə məhz bizim markanın izləyicilərinin tanıyacağı elementlər var.
- İstehsalatınız tam şəkildə Rusiyada yerləşir. Zəhmət olmasa deyin, sırf Rusiya istehsalı olmaq sizin üçün niyə bu qədər vacibdir?
- Bütün modellərin təqribən 95%-i Rusiyada və yalnız kiçik bir hissəsi Çində istehsal olunur. Bizim üçün bu, prinsipial mövqedir. Choupette-nin bütün tarixi boyu biz özümüzə və dünyaya sübut edirdik ki, istehsalı Rusiyada olmaqla beynəlxalq bazarda layiqli oyunçu olmaq mümkündür. Hesab edirəm ki, ölkəmizdə gözəl ənənələr, ideologiya və maraqlı şeylər yaratmaq üçün kifayət qədər böyük həvəs var. Marketinq nöqteyi-nəzərindən danışsaq, dünyada bazara yeni qədəm qoyanlara maraq trendi var: malın istehsal edildiyi ölkə nə qədər gözlənilməz olsa, həmin brendə maraq da bir o qədər çox olur. Bir vaxtlar bu, bizə müsbət nəticələr verirdi, indi də onları qoruyub saxlamağa çalışacağıq.
© Photo : courtesy of ChoupetteChoupette uşaq geyimləri mağazası
Коллекция модной детской одежды Choupette - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Choupette uşaq geyimləri mağazası
- Mağazalarınızda hər zaman xüsusi ab-hava hiss olunur. Sizcə, hazırda alıcılar uşaq geyimlərini seçərkən rasional davranır, yoxsa, alış-verişə emosional yanaşma hələ də qalır? Sizcə, onlayn ticarət pərakəndə mağazaları əvəz edə biləcəkmi?
- Həqiqətən də mağazalarımızda hər kəsin diqqətini cəlb edən xüsusi bir atmosfer var. Bu, interyerdə, bizim satıcıların göstərdiyi xidmət səviyyəsində və əlbəttə ki, kolleksiyalarda, onların təqdim olunmasında əksini tapır. Biz müntəzəm olaraq hədəf auditoriyasının monitorinqini aparırıq və nəticələr göztərir ki, mal alarkən emosional yanaşma ənənəsi davam edir. Eyni zamanda, araşdırmalarımızın nəticələri göstərir ki, valideynlər geyim seçiminə məsuliyyətlə yanaşır və Choupette-ə məqsədyönlü şəkildə alış-veriş etmək üçün gəlirlər.
Onlayn və oflayn qarşıdurmaya gəldikdə isə, fikrimcə, Choupette onlayn mağazası pərakəndə şəbəkəni əvəz edə bilməyəcək. Oflayn format emosionallıq komponenti hesabına daha ağır gəlir və və daha böyük nüfuzu nəzərdə tutur. Bu o demək deyil ki, internet-mağaza mağaza bizim üçün maraq kəsb etmir – bizim seqmentdə və bizim matrisimizdə bu iki format bi-birini istisna etmir. Onlayn və oflayn ticarət ayrı-qyrılıqda və bir qədər fərqli auditoriya üçün inkişaf edir.
© Photo : courtesy of ChoupetteUşaqlar üçün Choupette geyimləri
Одежда Choupette для малышей  - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Uşaqlar üçün Choupette geyimləri
- Siz beynəlxalq bazarda Rusiya brendini təmsil edirsiniz. Zəhmət olmasa deyin, Qərb brendləri ilə rəqabət aparmaq çətindirmi? Əsas üstünlüyünüz nədədir?
- Beynəlxalq bazarda həm emosional, həm də kommersiya baxımından yaxşı rəylər alırıq. Təbliğ etdiyimiz məhsullarımıza, brendimizə və təbliğ etdiyimiz françayzinq modelimizə xaricdə yaxşı reaksiya var. Həm b2b, həm də b2c üçün... Bizim üstünlüyümüz, yenə də, emosiyalardır. Biz b2c bazarı üçün keyfiyyətli, maraqlı, hər gün geyinilə bilən xüsusi geyimlər, b2b üçün isə - yalnız mənfəət deyil, həm də etdiyiniz işdən məmnunluq hissi gətirəcək bir iş modeli təklif edirik.
- Hazırda uğurlu biznes modeli axtaran sahibkarlara nə məsləhət görərdiniz?
- Beynəlxalq bazarda françayzinq həmişə bir nömrəli biznes modeli olub, çünki françayzlar artıq öz effektivliyini sübut etmiş, sınaqdan çıxmış bir sistem əldə edir. Mənə elə gəlir ki, indiki şəraitdə françayzinq həm Rusiyada, həm də xaricdə əlavə üstünlüklər əldə edib. Əgər konkret olaraq Choupette franşizası barədə danışırıqsa, onun əlavə dəyəri sərbəst qalmış imkanları tez bir zamanda əvəz edə bilməsidir. İndi beynəlxalq brendlər bazarı tərk edərək françayzlarını malsız, lakin icarə və işçi heyəti üçün xərclərlə baş-başa qoyurlar. İş adamları üçün indi bağlanmamaq və alternativ tapmaq çox vacibdir. Choupette məhz belə bir əvəz ola bilər. Françayzinqlə işləməyi bacaran sahibkarlar təklifimizi dərhal adekvat qiymətləndirə biləcəklər.
© Photo : courtesy of ChoupetteChoupette bəzəkli geyim kolleksiyası
Коллекция модной детской одежды Choupette - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Choupette bəzəkli geyim kolleksiyası
Bizim beynəlxalq bazarda da maraqlı üstünlüyümüz var. Rusiyanı tərk edən bəzi həmvətənlərimiz öz bizneslərini xaricdə inkişaf etdirmək istəyirlər. Biz də onlara öz françayzinqimizi təklif edə bilərik. Birincisi, bizim biznes modelimizin beynəlxalq bazarda artıq uğurlu tətbiqi halları var. İkincisi, mərkəzi ofis rusdillidir, bu o deməkdir ki, françayzlar bizimlə asanlıqla əlaqə saxlaya və dəstəyimizdən yararlana biləcək, amma eyni zamanda biznes xarici auditoriya ilə aparacaqlar. Bu, franşizanın xüsusiyyətlərinin maraqlı bir vəhdətidir.
- Niyə biznesinizi françayzinq vasitəsilə inkişaf etdirməyə qərar verdiniz? Sizcə, Choupette franşizasının əsas üstünlüyü nədədir?
- Əvvəlcə biz franşizanı inkişaf etdirməyə hazır deyildik, lakin bazar bizdən məhz bunu tələb edirdi. Ona görə də biz françayzinq təklifini hazırladıq. Düşünürəm ki, bu, bizim üstünlüklərimizdən biridir: biz heç nəyi zorla sırımırıq, əksinə, müştərilərimizin tələbinə əməl edirik.
© Photo : courtesy of ChoupetteChoupette məktəb üçün geyim kolleksiyası
Коллекция модной детской одежды Choupette - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Choupette məktəb üçün geyim kolleksiyası
- Choupette xaricdə uğurla inkişaf edən bir neçə Rusiya brendlərindən biridir. Uğurun sirri nədədir?
- Uşaq geyimlərinin ixracı nadir haldır, ona görə də hamı bizim fəaliyyətimizə çox təəccüblənir. Choupette-nin uğuru, mənə elə gəlir ki, yenə də brendimizin estetik kodu ilə bağlıdır. Biz uşaqları sevirik, onlara heyranıq və onların hamıdan gözəl olmasını istəyirik, buna görə də geyimlərimizdə dekor bolluğu var. Bu, daxil olduğumuz bazarlar: Yaxın Şərq ölkələri və Hindistan üçün xarakterikdir. Orada əsasən artıq bu mərhələni keçmiş Avropa brendləri üstünlük təşkil edirdi və bu cür təkliflər yox idi. Choupette-nin uğurunun başqa bir səbəbi o ola bilər ki, biz franşizanı çox yaxşı paketləmişik - bizim biznes modelimiz beynəlxalq brendlərlə yaxşı rəqabət aparır.
- Həmvətənlərin və əcnəbilərin mentaliteti və biznes yanaşması fərqlənirmi? Necə düşünürsünüz, başqa ölkədə brendinizi təmsil edən tərəfdaşla estetik cəhətdən eyni dalğada olmaq və eyni dildə danışmaq vacib amildirmi?
- Millətlərarası kommunikasiya və əməkdaşlıq məsələlərinə bir çox dərsliklərdə və məqalələrdə toxunulur. Mənə elə gəlir ki, Choupette öz matrisi və brend elementləri sayəsində özü bir filtrdir. O, bizimlə asanlıqla işləyə biləcək iş adamlarını bizim üçün seçir. Əgər sahibkar bizim brendimizi və onun yanaşmasını xoşlayırsa, deməli, o, bizimlə eyni dalğadadır və etnik, dini və digər fərqlərə baxmayaraq, onunla ümumi dil tapmaq bizim üçün asan olacaq. Tərəfdaşımızın başqa bir ölkədə markamızın inkişafına sərmayə qoymağa hazır olması bizim üçün böyük bir dəyərdir. Buna görə də biz öz tərəfimizdən françayza münasibətdə çox çevik hərəkət edirik. Bu və ya digər region üçün ayrı-ayrı seçmə kolleksiyalardan tutmuş, dini və milli bayramlara, təqvimin müəyyən günlərinə uyğun gələn marketinqə qədər bütün sahələrdə fərdi dəstək verməyə hazırıq.
*Material kommersiya məqsədi ilə nəşr olunub
Xəbər lenti
0