DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bezos benzinin qiymətini aşağı salmağa çağıran Baydeni savadsızlıqda qınayıb

© AP Photo / Pablo Martinez MonsivaisBezos
Bezos  - Sputnik Azərbaycan, 1920, 05.07.2022
Abunə olmaq
Biznesmen dövlət başçısını iqtisadiyyatın əsas qanunlarını bilməməkdə günahlandırıb.
BAKI, 5 iyul — Sputnik. Dünyanın ən varlı adamlarından biri, "Amazon"un qurucusu Ceff Bezos Rusiyanın Ukraynadakı hərəkətləri səbəbindən ölkədə inflyasiyanın artması ilə bağlı növbəti bəyanatından sonra ABŞ Prezidenti Co Baydeni tənqid edib.
"Yanacaqdoldurma məntəqələrinin operatorlarına və oradakı qiymətləri təyin edənlərə mesajım sadədir: Hazırda silahlı qarşıdurma və qlobal təhlükə zamanıdır", – “Twitter”də belə yazan Bayden, biznesmenləri yanacaqdoldurma məntəqələrindəki yanacağın qiymətlərini dərhal aşağı salmağa çağırıb.
Bezos onu iqtisadiyyatın əsas qanunlarını bilməməkdə ittiham edib.
"Oy. İnflyasiya çox vacib məsələdir ki, Ağ Ev bu cür bəyanatları davam etdirsin. Bu, ya birbaşa yanlışlıqdır, ya da bazarın əsas dinamikasını dərindən başa düşməməkdir", — deyə milyarder qeyd edib.
Ağ Evin rəsmi nümayəndəsi Karin Jan-Pyer Bezosu neft və qaz şirkətlərinin "Amerika xalqının hesabına rekord gəlir əldə etmək" cəhdlərini dəstəkləməkdə günahlandırıb.
"Son bir ayda neftin qiymətləri, təxminən, 15 dollar ucuzlaşıb, lakin yanacaqdoldurma məntəqələrindəki qiymətlər demək olar ki, azalmayıb. Bu, "bazarın əsas dinamikası" deyil, bu, Amerika istehlakçısını uğursuzluğa sürükləyən bir bazardır...
Amma güman edirəm, heç də təəccüblü deyil ki, bazarın gücündən istifadə edərək Amerika xalqı hesabına rekord mənfəət əldə edən neft və qaz şirkətləri bizim iqtisadiyyatımızın necə işləməli olduğunun göstəricisidir", - deyə Jan-Pyer öz “Twitter” hesabında yazır.
ABŞ prezidenti dəfələrlə ölkədəki iqtisadi böhranı Ukraynadakı münaqişənin kəskinləşməsi ilə əlaqələndirib. O, ABŞ-dakı yüksək inflyasiyanı "Putinin qiymət artımı" adlandırıb. Rusiya prezidenti onun sözlərinə münasibət bildirərək qeyd edib ki, bu cür bəyanatlar oxuyub-yazmağı bilməyən insanlar üçün nəzərdə tutulub.
"Ərzaq və yanacaqla bağlı problemlər Vaşinqton administrasiyası və Avropa bürokratiyasının sistemli səhvlərinin nəticəsidir", - deyə Vladimir Putin vurğulayıb.
Amerikada artıq bir neçə aydır ki, yaşayış minimumu qalxır, inflyasiya qırx illik rekordları qıraraq 8,5 faizə çatıb. Benzinin qiyməti bir il əvvəl 3 dollar idisə, hazırda 6 dollardan yuxarı qalxıb. Hakimiyyətin əhalinin yoxsullaşmasına müqavimət göstərmək cəhdləri nəzərəçarpacaq nəticə verməyib.
Xəbər lenti
0