https://sputnik.az/20220705/bank-sistemi-iflic-olanda-tir-suruculeri-pul-kocurmelerinde-vacib-sexslere-cevrilibler-443690206.html
Bank sistemi iflic olanda: TIR sürücüləri pul köçürmələrində vacib şəxslərə çevriliblər
Bank sistemi iflic olanda: TIR sürücüləri pul köçürmələrində vacib şəxslərə çevriliblər
Sputnik Azərbaycan
Rusiyadan Azərbaycana, yaxud əksinə pul köçürmələrində ən optimal yol hələlik yük maşınlarının sürücülərinin xidmətindən yararlanmaqdır. 05.07.2022, Sputnik Azərbaycan
2022-07-05T09:30+0400
2022-07-05T09:30+0400
2022-07-05T09:44+0400
iqtisadiyyat
rusiya
pulköçürmələri
bank
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436547637_0:160:3072:1888_1920x0_80_0_0_c61ba8b0e8771d3d65400c335a682ea0.jpg
BAKI, 5 iyul — Sputnik. Rusiya və Ukrayna arasında münasibətlərin gərginləşməsi fonunda Qərbin Rusiyaya qarşı sankisyaları bu ölkənin bank sektoruna, eyni zamanda da dolayısı ilə Azərbaycana təsirsiz ötüşməyib. Rusiya banklarının banklar arasında maliyyə mesajlarının ötürülməsi üçün beynəlxalq sistem olan SWIFT-dən ayrılması nəticəsində hüquqi və fiziki şəxslər vəsait köçürmək imkanlarını itiriblər. Beləcə, Rusiyada yaşayaşıb Azərbaycandakı ailəsinə pul köçürmək istəyənlər də çıxılmaz vəziyyətə düşüblər.Maraqlıdır, hazırda Rusiyadan Azərbaycana necə pul ötürülür?Sputnik Azərbaycan qeyri-leqal yollarla pul köçürmələrinin mümkün olub-olmamasını araşdırıb. Məlum olub ki, bəzi şəxslər Rusiyadan pul köçürmələrini öz aralarındakı sövdələşməyə əsasən həyata keçirirlər.Belə ki, Rusiyada çalışan şəxs Azərbaycanda yaxın bildiyi birindən hansısa ünvana, məsələn, lap elə onun öz ailə üzvünə müəyyən vəsait köçürməyi, yaxud da nağd şəkildə verməyi xahiş edir. Bunun qarşılığında isə Azərbaycanda sövdələşdiyi həmin şəxsin Rusiyadakı tanışına elə həmin vəsaiti ödəyir. Sonradan həmin tərəflər nə zaman görüşərlərsə, pulu bir-birilərinə qaytarmış olurlar.TIR sürücüləri pul köçürmələrində vacib şəxslərə çevriliblərWhatsapp qruplarında və sosiual şəbəkə hesablarında tez-tez TIR sürücülərinin Rusiyaya gedib-gələcəkləri tarixlərlə bağlı məlumatlar yayılır. Onlar öz səfər tarixlərini elan etməklə, Rusiyaya, ya da Azərbaycana əl yükü, eləcə də pul yollamaq istəyənləri xəbərdar edirlər. İqtisadçı-ekspert Natiq Cəfərli saytımıza bildirib ki, hansısa TIR sürücüləri vasitəsilə ölkəyə müəyyən məbləğin nağd şəkildə gətirilib çatdırılması mümkündür: "Sərhəd-keçid məntəqələrində də yoxlamalar olur və böyük həcmdə pulun keçirilməsi yalnız müəyyən hallarda mümkündür. Ya bu vəsait deklarasiya edilir, yaxud sövdələşmə yolu ilə ölkəyə keçirilir ki, müsadirə olunmasın. Çünki ölkəyə vəsaitin daxilolması və çıxarılması ilə bağlı müəyyən qaydalar var".TIR sürücüsü Fariz Məmmədov (şərti ad) deyir ki, o, hər səfərində Rusiyadan Azərbaycana pul gətirir:"Rusiya-Ukrayna arasında münasibətlər gərginləşdikdən sonra qeyri-leqal yollarla pul daşınmalarına üstünlük verilir. Bir müddətdir ki, müxtəlif sürücülər də bu yollarla Rusiyada yaşayıb işləyən, ailəsinə kömək etmək üçün Azərbaycana pul göndərmək istəyənlərə vasitəçi olurlar".TIR şirkətləri bu işdə vətəndaşları necə yardım edirlər?TIR şirkətlərindən birinə müştəri olaraq zəng etdik. Onlar bununla bağlı bildirdilər ki, "Qurban" bayramı ilə əlaqədar olaraq TIR sürücüləri hazırda Rusiyadan çıxıblar, onlar Gürcüstan ərazisindədirlər: "İstəsəz, bayramdan sonra əlaqə saxlayın, Rusiyaya gedəcək olan TIR sürücülərimizlə danışıb sizə köməklik etməyə çalışarıq".Yaxın gələcəkdə Rusiyadan Azərbaycana pul köçürmələrini həyata keçirmək üçün başqa hansı yollar mümkün ola bilər? Yaxud, məsələn, Çinin məşhur "UNİON PAY"i Azərbaycana gələ bilərmi?Natiq Cəfərli deyir ki, Azərbaycanın bank sistemi bu kimi məsələlərə həddindən artıq konservativ yanaşır. Çünki uzun zamandır danışıqların getməsinə baxmayaraq, Rusiyanın "Mir" pulköçürmə sistemi ilə bağlı hansısa saziş, irəliləyiş yoxdur: "Bu səbəbdən də düşünürəm ki, Çinin pulköçürmə sisteminin Azərbaycana inteqrasiyası da ciddi zaman alacaq. Bunun üçün əvvəlcə qanunvericilik bazası olmalı, banklar təlimatlanmalı, faiz və xidmət haqları müəyyənləşməlidir"."Azərpoçt"la köçürmələr nə yerdədir?"Azərpoçt"dan bildirilib ki, STEFI (Secured Transfer of Electronic Financial Information) sistemi üzrə pul köçürmələri vasitəsilə Rusiyadan ölkəmizə pul köçürmək mümkündür. Bunun üçün poçt şöbələrinin birinə yaxınlşaraq ad, soyad, ata adını demək kifayətdir.Bundan başqa, digər üsul olaraq "Western Union" və "Zolotoy Korona"dan istifadədir."Azərpoçt"dan o da bildirilib ki, bir müddətdir, texniki problemlərlə əlaqədar olaraq "Contact" vasitəsilə pul köçürmələri dayandırılıb.Ölkəyə pul köçürülməsi üçün ümumi qaydalar necədir?Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yeni qərarına əsasən fiziki şəxs olan rezidentlər (Azərbaycan vətəndaşları və ölkədə daimi yaşayan, 6 aydan artıq Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları) $ 10 000-dək nağd valyuta sərvətlərini “Sərnişin gömrük bəyannaməsində” göstərməklə Azərbaycan Respublikasına gətirə bilərlər. Valyuta sərvətlərinin məbləği $ 10 000-dən yuxarı olduqda isə bu, gömrük orqanının vəzifəli şəxsləri tərəfindən “Gömrük vəsiqəsində” rəsmiləşdirilməlidir. Rezidentlər adambaşına $ 10 000 olmaqla sənəd təqdim edilmədən, yalnız gömrük orqanlarına bəyan edilməklə ölkədən nağd şəklində vəsait çıxarda bilərlər. Məbləğ $ 10 000 - dən $ 50 000 – dək olduqda rezidentlər məbləğin köçürmə yolu ilə xaricdən daxil olduğuna dair müvəkkil bank tərəfindən arayış və ya məbləğin xaricdən ölkəyə nağd şəklində gətirildiyi barədə “Gömrük vəsiqəsi”-ni təqdim etməlidirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/16/436547637_171:0:2902:2048_1920x0_80_0_0_3b40c6724bf78204048d18e1d2ca4dd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, pulköçürmələri, bank
rusiya, pulköçürmələri, bank
Bank sistemi iflic olanda: TIR sürücüləri pul köçürmələrində vacib şəxslərə çevriliblər
09:30 05.07.2022 (Yenilənib: 09:44 05.07.2022) Rusiyadan Azərbaycana, yaxud əksinə pul köçürmələrində ən optimal yol hələlik yük maşınlarının sürücülərinin xidmətindən yararlanmaqdır.
BAKI, 5 iyul — Sputnik. Rusiya və Ukrayna arasında münasibətlərin gərginləşməsi fonunda Qərbin Rusiyaya qarşı sankisyaları bu ölkənin bank sektoruna, eyni zamanda da dolayısı ilə Azərbaycana təsirsiz ötüşməyib.
Rusiya banklarının banklar arasında maliyyə mesajlarının ötürülməsi üçün beynəlxalq sistem olan SWIFT-dən ayrılması nəticəsində hüquqi və fiziki şəxslər vəsait köçürmək imkanlarını itiriblər. Beləcə, Rusiyada yaşayaşıb Azərbaycandakı ailəsinə pul köçürmək istəyənlər də çıxılmaz vəziyyətə düşüblər.
Maraqlıdır, hazırda Rusiyadan Azərbaycana necə pul ötürülür?
Sputnik Azərbaycan qeyri-leqal yollarla pul köçürmələrinin mümkün olub-olmamasını araşdırıb. Məlum olub ki, bəzi şəxslər Rusiyadan pul köçürmələrini öz aralarındakı sövdələşməyə əsasən həyata keçirirlər.
Belə ki, Rusiyada çalışan şəxs Azərbaycanda yaxın bildiyi birindən hansısa ünvana, məsələn, lap elə onun öz ailə üzvünə müəyyən vəsait köçürməyi, yaxud da nağd şəkildə verməyi xahiş edir. Bunun qarşılığında isə Azərbaycanda sövdələşdiyi həmin şəxsin Rusiyadakı tanışına elə həmin vəsaiti ödəyir. Sonradan həmin tərəflər nə zaman görüşərlərsə, pulu bir-birilərinə qaytarmış olurlar.
TIR sürücüləri pul köçürmələrində vacib şəxslərə çevriliblər
Whatsapp qruplarında və sosiual şəbəkə hesablarında tez-tez TIR sürücülərinin Rusiyaya gedib-gələcəkləri tarixlərlə bağlı məlumatlar yayılır. Onlar öz səfər tarixlərini elan etməklə, Rusiyaya, ya da Azərbaycana əl yükü, eləcə də pul yollamaq istəyənləri xəbərdar edirlər.
İqtisadçı-ekspert Natiq Cəfərli saytımıza bildirib ki, hansısa TIR sürücüləri vasitəsilə ölkəyə müəyyən məbləğin nağd şəkildə gətirilib çatdırılması mümkündür:
"Sərhəd-keçid məntəqələrində də yoxlamalar olur və böyük həcmdə pulun keçirilməsi yalnız müəyyən hallarda mümkündür. Ya bu vəsait deklarasiya edilir, yaxud sövdələşmə yolu ilə ölkəyə keçirilir ki, müsadirə olunmasın. Çünki ölkəyə vəsaitin daxilolması və çıxarılması ilə bağlı müəyyən qaydalar var".
TIR sürücüsü Fariz Məmmədov (şərti ad) deyir ki, o, hər səfərində Rusiyadan Azərbaycana pul gətirir:
"Rusiya-Ukrayna arasında münasibətlər gərginləşdikdən sonra qeyri-leqal yollarla pul daşınmalarına üstünlük verilir. Bir müddətdir ki, müxtəlif sürücülər də bu yollarla Rusiyada yaşayıb işləyən, ailəsinə kömək etmək üçün Azərbaycana pul göndərmək istəyənlərə vasitəçi olurlar".
TIR şirkətləri bu işdə vətəndaşları necə yardım edirlər?
TIR şirkətlərindən birinə müştəri olaraq zəng etdik. Onlar bununla bağlı bildirdilər ki, "Qurban" bayramı ilə əlaqədar olaraq TIR sürücüləri hazırda Rusiyadan çıxıblar, onlar Gürcüstan ərazisindədirlər:
"İstəsəz, bayramdan sonra əlaqə saxlayın, Rusiyaya gedəcək olan TIR sürücülərimizlə danışıb sizə köməklik etməyə çalışarıq".
Yaxın gələcəkdə Rusiyadan Azərbaycana pul köçürmələrini həyata keçirmək üçün başqa hansı yollar mümkün ola bilər? Yaxud, məsələn, Çinin məşhur "UNİON PAY"i Azərbaycana gələ bilərmi?
Natiq Cəfərli deyir ki, Azərbaycanın bank sistemi bu kimi məsələlərə həddindən artıq konservativ yanaşır. Çünki uzun zamandır danışıqların getməsinə baxmayaraq, Rusiyanın "Mir" pulköçürmə sistemi ilə bağlı hansısa saziş, irəliləyiş yoxdur:
"Bu səbəbdən də düşünürəm ki, Çinin pulköçürmə sisteminin Azərbaycana inteqrasiyası da ciddi zaman alacaq. Bunun üçün əvvəlcə qanunvericilik bazası olmalı, banklar təlimatlanmalı, faiz və xidmət haqları müəyyənləşməlidir".
"Azərpoçt"la köçürmələr nə yerdədir?
"Azərpoçt"dan bildirilib ki, STEFI (Secured Transfer of Electronic Financial Information) sistemi üzrə pul köçürmələri vasitəsilə Rusiyadan ölkəmizə pul köçürmək mümkündür. Bunun üçün poçt şöbələrinin birinə yaxınlşaraq ad, soyad, ata adını demək kifayətdir.
Bundan başqa, digər üsul olaraq "Western Union" və "Zolotoy Korona"dan istifadədir.
"Azərpoçt"dan o da bildirilib ki, bir müddətdir, texniki problemlərlə əlaqədar olaraq "Contact" vasitəsilə pul köçürmələri dayandırılıb.
Ölkəyə pul köçürülməsi üçün ümumi qaydalar necədir?
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yeni qərarına əsasən fiziki şəxs olan rezidentlər (Azərbaycan vətəndaşları və ölkədə daimi yaşayan, 6 aydan artıq Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları) $ 10 000-dək nağd valyuta sərvətlərini “Sərnişin gömrük bəyannaməsində” göstərməklə Azərbaycan Respublikasına gətirə bilərlər.
Valyuta sərvətlərinin məbləği $ 10 000-dən yuxarı olduqda isə bu, gömrük orqanının vəzifəli şəxsləri tərəfindən “Gömrük vəsiqəsində” rəsmiləşdirilməlidir. Rezidentlər adambaşına $ 10 000 olmaqla sənəd təqdim edilmədən, yalnız gömrük orqanlarına bəyan edilməklə ölkədən nağd şəklində vəsait çıxarda bilərlər. Məbləğ $ 10 000 - dən $ 50 000 – dək olduqda rezidentlər məbləğin köçürmə yolu ilə xaricdən daxil olduğuna dair müvəkkil bank tərəfindən arayış və ya məbləğin xaricdən ölkəyə nağd şəklində gətirildiyi barədə “Gömrük vəsiqəsi”-ni təqdim etməlidirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.