https://sputnik.az/20220705/balta-ile-gezen-sexs-neden-danisib-443709555.html
Metroda küt alətlə insanları hədələyən şəxs saxlanılıb
Metroda küt alətlə insanları hədələyən şəxs saxlanılıb
Sputnik Azərbaycan
Sellofana bükülmüş balta ilə gəzən şəxs məşhurlaşmaq istədiyini deyib. 05.07.2022, Sputnik Azərbaycan
2022-07-05T20:32+0400
2022-07-05T20:32+0400
2022-07-05T20:41+0400
bakı
cəmiyyət
metro
balta
cinsi azlıq
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:320:3073:2048_1920x0_80_0_0_2b556161f0c0c529e9da8fb3ce9362b4.jpg
BAKI, 5 iyul — Sputnik. Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.Bununla əlaqədar "Report"un sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilib və saxlanılıb.İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib."Bu gün insanlar ictimai nəqliyyatdan - avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir", - açıqlamada deyilir.Hazırda faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri həyata keçirilir.***Bakı metrosunda əlində balta ilə gəzən şəxs peyda olub. Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Sellofana bükülmüş balta ilə gəzən şəxs "özünü qadın kimi aparan" şəxsləri hədələyib. O qeyd edib ki, əgər qarşısına belə bir şəxs çıxsa, baltalayacaq.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq sözügedən videodan xəbərdar olduqlarını bildirib.DİN rəsmisi görüntülərlə bağlı araşdırmalara başlandığını qeyd edib.Həmin görüntüləri təqdim edirik:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:0:2731:2048_1920x0_80_0_0_f71bbaba23a4e4f51477fbf0e36738d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, metro, balta, cinsi azlıq
bakı, metro, balta, cinsi azlıq
Metroda küt alətlə insanları hədələyən şəxs saxlanılıb
20:32 05.07.2022 (Yenilənib: 20:41 05.07.2022) Sellofana bükülmüş balta ilə gəzən şəxs məşhurlaşmaq istədiyini deyib.
BAKI, 5 iyul — Sputnik. Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.
Bununla əlaqədar "Report"un sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilib və saxlanılıb.
İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.
"Bu gün insanlar ictimai nəqliyyatdan - avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir", - açıqlamada deyilir.
Hazırda faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri həyata keçirilir.
Bakı metrosunda əlində balta ilə gəzən şəxs peyda olub. Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Sellofana bükülmüş balta ilə gəzən şəxs "özünü qadın kimi aparan" şəxsləri hədələyib. O qeyd edib ki, əgər qarşısına belə bir şəxs çıxsa, baltalayacaq.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq sözügedən videodan xəbərdar olduqlarını bildirib.
DİN rəsmisi görüntülərlə bağlı araşdırmalara başlandığını qeyd edib.
Həmin görüntüləri təqdim edirik:
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.